Şriftin ölçüsü :

Saytın rəngi :

24 Mart Ümumdünya vərəmlə mübarizə gününə həsr edlən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirildi

14 mart 2022 | 11:00
       14 mart 2022-ci il tarixdə Pirallahı rayonu Gənclər Mərkəzində Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə 24 Mart Ümumdünya vərəmlə mübarizə gününə həsr edlən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda  tədbir keçirilmişdir.
      Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, tibb elmlər üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva, "Sağlamlığa Xidmət" İctimai birliyinin sədri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində Qlobal Fondun Vərəm, QİÇS və Malyariya ilə mübarizə üzrə layihələrinin Ölkə Əlaqələndirən Komissiyasının vərəm üzrə işçi qrupunun üzvü Elçin Muxtarlı çıxış edərək bu günkü tədbirin keçirilməsinin Azərbaycanda vərəmlə bağlı mövcud olan vəziyyəti maraqlı tərəflərin iştirakı ilə müzakirə etmək olduğunu, bu sahədə infeksion xəstəliklərin qarşısının alınmasına xüsusi əhəmiyyət verildiyini, o cümlədən vərəmə qarşı mübarizə məsələlərinin diqqət mərkəzində saxlanıldığı qeyd etdilər. Çıxış edən natiqlər onu da vurğuladılar ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən vərəm xəstəliyinin erkən aşkarlanması məqsədi ilə kütləvi profilaktik və səyyar skrininq müayinələr aparılır.
     Tədbirin sonunda “Sağlamlığa Xidmət” İB-nin həkimi və monitorinq və qiymətləndirmə üzrə mütəxəssisi Samirə Muxtarova tərəfindən Fujifilm şirkətinin FDR Xair portativ, süni intellekt üstünlüyünə malik rentgen qurğusu vasitəsilə müayinələr həyata keçildi.
 
Keçidlər