Pirallahı rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi
31 mart 2022 | 11:00
31 mart 2022-ci il tarixində Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları və məktəblilər iştirak etmişdilər.
Tədbir iştirakçıları tərəfindən 31 Mart soyqırımı ilə bağlı məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
İlk öncə soyqırım qurbanlarının və şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, ermənilər 1918-ci ilin mart ayının 30-dan başlayaraq Bakıda, Qarabağda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımıza qarşı soyqırımı həyata keçirdilər. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni daşnakları 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməmişlər. Onların hamısı küt alətlərlə öldürülüb. İnsanların başına mismar vurulmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan araşdırmalara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009- cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına Sərəncam imzalamışdır. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və Şanlı ordumuzun əzmi sayəsində 44 günlük Vətən Müharibəsi nəticəsində qazanılan Zəfərlə bütün soyqırım qurbanlarının və şəhidlərimizin qisası alınmışdır. Vəzir Səfixanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın instaqram hesabındakı paylaşımından sitat gətirərək çıxışını yekunlaşdırmışdır: “Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Sonra çıxış edən YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov bildirmişdir ki, erməni-daşnak və bolşevik qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir. “Böyük Ermənistan” xülyasını gərçəkləşdirmək üçün ermənilər fürsət düşən kimi tarixin müəyyən kəsimlərində azərbaycanlılara qarşı ağılasığmaz cinayətlər törətmiş, xalqımız deportasiyalar və soyqırımlara məruz qalmışdır. Həmin dövrdə ermənilər bolşevizm çətiri altında gizlənərək öz məkrli və mənfur niyyətlərini həyata keçirir, azərbaycanlılara qarşı soyqırım siyasətinin təlimatlarını birbaşa cinəyatkar və terrorçu "Daşnaksutyun"dan alırdılar. Erməni millətçiləri bu qanlı cinayətlərə görə tarix qarşısında məsuliyyət daşıyırlar.
Daha sonra çıxış edən 243 nömrəli tam orta məktəbin tarix müəllimi Famil Hüseynov XX əsr boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım və deportasiya siyasəti haqqında danışaraq, mart soyqırımının və erməni daşnaklarının xalqımıza qarşı törətdiyi digər cinayətlərin unudulmamasını, gəncliyin bu istiqamətdə maarifləndirilməsinin zəruriliyini qeyd etmişdir. Belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün millətimiz öz tarixini bilməli, müqəddəs dövlətçiliyimizin qüdrətlənməsi naminə əlindən gələni əsirgəməməlidir.
Sonda məktəblilərin təqdimatında 31 Mart Azərbaycanlıların Soyqırımı ilə bağlı kompozisiyalar nümayiş etdirilmişdir.