Yeniyetmələr zərərli vərdişlərdən uzaq olmalıdırlar
29 mart 2014 | 11:00
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da 2014-cü il ərzində “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılmışdır. Bu məqsədlə rayonun bütün orta ümumtəhsil məktəblərində şagirdlər üçün həmin mövzuda açıq dərslər təşkil olunur. Açıq dərslərin keçirilməsində əsas məqsəd cəmiyyətdə “Ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar törətməsinin şagirdlərə çatdırılması və yeniyetmələrin zərərli vərdişlərdən uzaq olması üçün təhsil müəssisələrinin və ictimaiyyətin birgə fəaliyyətinin təşkil edilməsindən ibarətdir.
Növbəti tədbir 28 mart 2014-cü il tarixdə 235 №-li tam orta məktəbin akt zalında keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva, 235 №-li məktəbin müəllim heyəti və 11-ci sinif şagirdləri iştirak etdilər.
İlk olaraq məktəbin direktoru Rüstəm Yaqubov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı, narkomaniya ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyini vurğuladı.
Tədbirdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin Yeniyetmələrlə iş üzrə müvəkkili Kənan Nuriyev gənclərin pis vərdişlərdən uzaq olması və sağlam həyat tərzi sürməsi üçün narkomaniyaya qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının üzərinə böyük vəzifə düşdüyünü bildirdi. Narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirən K.Nuriyev mövcud problemlə bağlı həyata keçirilən dövlət proqramlarından ətraflı danışdı.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Namiq Hüseynov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən söz açdılar.