Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın rayon üzrə yekun mərhələsi keçirilmişdir

08 aprel 2022 | 03:13
   04 aprel 2022-ci il tarixdə 168 nömrəli tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində  “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat müsabiqəsinin rayon üzrə yekun mərhələsinə həsr olunan elmi-praktik konfrans keçirilmişdir.
      Konfransda Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev və Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Süpay Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, inşa-yazı müsabiqəsinin rayon mərhələsinə seçilmiş məktəblilər, onların elmi rəhbərləri və məktəb direktorları iştirak etmişlər.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev konfransı açıq elan edərək bildirmişdir ki,  tədbirin əsas məqsədi orta məktəb şagirdləri arasında keçmişimizə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. Natiq öz çıxışında konfransda şagirdlərin Azərbaycan tarixinin müxtəlif dövrlərini, o cümlədən, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar edəcəklərini qeyd edərək belə tədbirlərin keçirilməsinin gənclərin həyatında əhəmiyyətli rola malik olduğunu vurğulamış, müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
      Rayon turunda 5 ümumtəhsil məktəbindən 11 nəfər şagird hazırladıqları inşa-yazı referatlarını konfrans iştirakçılarına təqdim etmişdir.
     Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov çıxış edərək məktəblilər arasında keçirilən elmi-praktik konfransın əhəmiyyətini vurğulamış, şagirdlərə qarşıdakı mərhələdə müvəffəqiyyətlər arzulamışdır.
      Sonda çıxış edən Bakı Şəhəri İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov rayonda keçirilən elmi-praktiki konfransın şagirdlərin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasına təkan verdiyini bildirmiş, şagirdlər tərəfindən təqdim olunan mövzuların aktuallığını qeyd edərək tarixi mövzuların müasir dövrümüzlə müqayisəli formada təqdim olunmasını tövsiyə etmişdir.
 
 
Keçidlər