1918-ci il Mart soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir
01 aprel 2014 | 10:00
Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Mart Soyqırımı və ya Mart Hadisələri - 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində rəsmi mənbələrə əsasən 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Umummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir 31 mart 2014-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən “Abşeronneft” NQÇİ-nin akt zalında keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, “Abşeronneft” NQÇİ-nin rəhbərliyi və işçiləri iştirak edirdilər. Öncə soyqırımın qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açıq elan edən “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüzkarlıq, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və 2 il sonra Azərbaycanın xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən 1-ci Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə "Erməni kartı"nı işə salmış və azərbaycanlıların tarixi torpaqlarında, xüsusi ilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş vermişdi. Çar 1-ci Aleksandr isə 1802-ci ildə Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdi: "Ermənilər nəyin bahasına olursa olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".
Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş verib. Həmin fəlakətlərin təşkilatçısı nankor ermənilərin qəddar lideri S.Şaumyan olmuşdur. Hələ 1917-ci ildə RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz İşləri üzrə Fövqəladə Komissar təyin edilmiş bu amansız şovinist təyinatının ilk günlərindən mürtəce ideyalarını həyata keçirmək - azərbaycanlılara qarşı fəlakətlər törətmək üçün hər an fürsət axtarmışdır.
Onun əlinə belə bir fürsət 1918-ci ilin martında düşmüşdür. Martın 30-da Şaumyanın mənfur planı fəaliyyətə başlayır. Onun istəyi reallaşır - münaqişə qığılcımı alovlanır. Qanlı erməni caynağı xərçəng kimi Azərbaycanı əhatə edir. Tarixə 31 mart soyqırımı kimi daxil olan fəlakətlər başlayır. 1918-ci ilin mart-apreldə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz doğma yurd-yuvalarından didərgin salmışlar. Təkcə Bakıda 30 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmüşdür. Şamaxıda 58, Quba ərazisində 122, Qarabağın Dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan Quberniyasında 211 kənd yerlə yeksan olunub.
Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, artıq bir neçə əsrdir ki, biz mənfur qonşularımız ermənilərin Azərbaycana qarşı apardığı məkrli bir siyasətlə - ardıcıl etnik təmizləmə, soyqırım və təcavüz siyasəti ilə üz-üzəyik. Bu siyasət nəticəsində minlərlə insanımız həyatından məhrum olmuş, milyonlarla soydaşımız evindən-obasından didərgin düşmüşdur. 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələr zəncirində növbəti bir həlqə, milli yaddaşın təzahürüdür. 1918-ci ilin martında azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1918-ci ilin mart ayından etibarən əks-inqilabla mübarizə şüarı altında Bakı Kommunası tərəfindən dəstəklənən və ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planı həyata keçirməyə başladılar. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişdilər.
Ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 martın Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunmasını təsdiq etmişdir. Bu gün ulu öndər Heydər Əliyevin elan etdiyi hücum diplomatiyası uğurla davam etdirilir. Artıq strateji xətt bütün itirilmişləri qaytarmaqdan ibarətdir ki, hazırda bu müqəddəs yolda ulu öndər Heydər Əliyevin gərgin fəaliyyətini, ardıcıl mübarizəsini onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Biz inanırıq ki, Azərbaycanı Cənubi Qafqazda lider dövlət səviyyəsinə ucaltmış Prezident İlham Əliyevin ikili standartları qırıb-dağıtmaqla Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli həllinə nail olacağı gün uzaqda deyil. Biz azərbaycanlılar buna ürəkdən inanırıq. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, biz ya danışıqlar, sülh yolu ilə, ya da digər vasitələrlə mütləq doğma Qarabağımıza qayıdacağıq, Qafqazda ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik!
Tədbirə 1918-ci il Mart soyqırımına həsr edilmiş videoçarxa baxışla yekun vurulmuşdur.