Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində növbəti tədbir keçirildi

02 aprel 2014 | 10:00
   “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində Pirallahı rayonunda silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir 31 mart tarixində Pirallahı qəsəbəsində yerləşən “Abşeronneft” NQÇİ-nin akt zalında təşkil olundu. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov və Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, Pirallahı rayonunda yaşayan yaşlı nəslinin nümayəndələri, veteran-neftçilər, “Abşeronneft” NQÇİ-nin rəhbərliyi və gənc neftçilər iştirak etdilər.
    Tədbiri “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov  açıq elan edərək bildirdi ki, 1997-ci il fevralın 1-də ulu öndər Heydər Əliyev Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və gənclərin birinci forumunun keçirilməsini nəzərə alaraq fevralın 2-ni Gənclər günü élan edilməsi haqqında, 1999-cu il iyulun 29-da isə “Dövlət gənclər siyasəti haqqında” fərmanlar imzaladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən isə 2007-ci ilin “Gənclər ili”  élan edilməsi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”  haqqında sərəncam imzalanması gəncliyə diqqət və qayğının davamlı bir siyasət olduğunu nümayiş etdirdi.
   “Abşeronneft” NQÇİ-nin Sosial İnkişaf Şöbəsinin rəisi Şamil Kazımov öz çıxışında “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən söz açdı. Bildirildi ki, Prezident cənab İlham Əliyev Azərbaycan gəncliyinin bütün parametrlər üzrə formalaşması, inkişaf etməsi üçün Azərbaycan dövlətinin artmaqda olan imkanlarından səmərəli şəkildə istifadə edir. Azərbaycan gənclərinin ölkədən kənarda müasir dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün geniş Dövlət Proqramının həyata keçirilməsi də bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşmaqdadır. Bu gün Azərbaycan gəncləri ayrı-ayrı ölkələrin yüksək reytinqli, tanınmış ali məktəblərində təhsil alırlar. Onlar sözün həqiqi mənasında, dünya mədəniyyətini, dünyanın inkişaf meyllərini Azərbaycana gətirəcək və bu biliklər əsasında ölkəmizin inkişafına əlavə təkan verən böyük qüvvəyə çevriləcəklər. Bu yolda yaşlı nəslin təcrübəsinin onlara böyük fayda verəcəyi də danılmaz bir faktdır.
    Rayon ağsaqqalları Səməd Əhmədov, Mürsəl İsmayılov, Süleyman Süleymanov, Zərif Qaragözov mövzu ilə əlaqədar çıxış etdilər və gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırdılar.
    Tədbirin sonunda V.Səfixanov məsələyə bir daha münasibətini bildirərək, gənclərə öz tövsiyyələrini verdi.
Keçidlər