Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon Həmkarlar İttifaqı Təşkilatının təsis konfransı keçirildi

03 aprel 2014 | 10:00
   2014-cü il 1 aprel tarixində Pirallahı rayonunda Rayon Həmkarlar İttifaqı Təşkilatının təsis konfransı keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, RİHB-nın qəsəbə nümayəndələri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin əməkdaşları iştirak etdilər.
  Tədbiri Vəzir Səfixanov açıq elan edərək, Rayon Həmkarlar İttifaqı Komitəsinin yaradılmasının zəruriliyini vurğuladı. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədr müavini Aidə Əliyeva öz çıxışında bildirdi ki, bu gün xalqın sosial rifahının yaxşılaşmasını özünün başlıca vəzifəsi hesab edən həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır və bu təşkilat olmadan yeni şəraitdə sosial-əmək münasibətlərinin nizamlanması qeyri-mümkündür. Həmkarlar ittifaqları iqtisadiyyatın inkişafı üçün işçilərin qanuni hüquqlarının müdafiəsinə yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində mühüm rol oynayır, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə münasibətini genişləndirir, cəmiyyətdə sosial dialoqun, multikulturalizmin, tolerantlığın bərqərar olunması istiqamətlərində səylərini əsirgəmirlər.
  Təsis konfransının gündəliyi təsdiq edildikdən sonra gündəlik üzrə məsələlərin müzakirəsinə başlanıldı. Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Samir Hüseynov kollektivin yekdil qərarı ilə Rayon Həmkarlar İttifaqı Təşkilatının sədri seçildi. Həsən Cəfərzadə, Samir Hüseynov, İlqam Əskərov, Heydər Vəliyev, Elxan Zülfüqarov, Dünyamin Allahyarov, Orxan Məmmədov Pirallahı Rayon Həmkarlar İttifaqı təşkilatının üzvləri seçildilər. Mahir Qarayev, İlahə Abdullayeva, Rasim Nağdəliyev Pirallahı Rayon Həmkarlar İttifaqı təşkilatı təftiş komissiyasının üzvləri seçildilər. Sonda Bakı Şəhər Pirallahı Rayonu Həmkarlar İttifaqı Təşkilatının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Hamkarlar İttifaqına qəbul edilməsi barədə müraciət qəbul edildi.
Keçidlər