Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar tibbi müayinələrdə fəal iştirak edir

04 aprel 2014 | 10:00
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin   tapşırığına əsasən bu ilin  fevral ayının 17-dən Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə start verilib və bu proses uğurla davam etdirilməkdədir.
   Aprelin 4-də Pirallahı  rayon İcra Hakimiyyətində Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti müşavirə çağırıldı.  Tədbirdə rayon vətəndaşlarının tibbi müayinələrdən keçirilməsinin gedişi  ətraflı müzakirə olundu.
   Pirallahı  rayon İcra Hakimiyyəti  başçısının müavini Vəzir Səfixanov ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu müayinələrin vətəndaşlar üçün vacibliyindən söz açdı və bildirdi ki, inkişaf etməkdə olan Respublikamızda əhalinin sağlamlığına hər zaman diqqət yetirilir. Qeyd etdi ki, dövlət başçısının həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yüksəldilməsi, sağlamlığının qorunması dayanır. Bildirdi ki, tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülmüş, o cümlədən icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmışdır. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilmiş, tibb müəssisələri lazımi hazırlıq vəziyyətinə gətirilmişdir. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılmış və fəaliyyət göstərməkdədir. V.Səfixanov müayinələrin Pirallahı qəsəbəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında,  Çilov adasındakı 16 saylı Birləşmiş Şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində aparılırdığını xatırlatdı və bildirdi ki, müayinələr qrafik üzrə davam etdirilir.
    10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov müşavirədə çışıx edərək bildirdi ki, idarə və müəssisələrdə çalışan insanlar, işləməyən rayon sakinləri, məktəblilər qrafikə uyğun müayinədən keçirlər. Xüsusi yaradılmış həkim briqadası evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır. İndiyədək 10 saylı BŞX-da 4288 nəfərdən çox böyük, o cümlədən 884 nəfər kiçik əhali tibbi müayinədən keçmişdir. Onlardan 1806 nəfəri işləyən vətəndaşlardır. Müayinə olunanlardan 285 nəfərində ilkin xəstəlik aşkar edilib ki, bu vətəndaşlardan da 82-si qospitalizasiya edilib. Ə.Muxtarov əhali arasında ən çox urək-qan damar, endokrinoloji, nevroloji, stomotoloji xəstəliklərin geniş yayıldığını vurğuladı.
    Qeyd oundu ki, bu günə qədər rayon üzrə 7405 sakin ümumilikdə tibbi müayinələrdən keçib ki, bunlardan da 1104 nəfəri uşaqlardır. Aşkar olunan xəstəliklər səbəbindən 363 xəstəyə  ambulator, 120-nə isə stasionar müalicə təyin olunub.
   Sonda Pirallahı rayonunun Neft Daşları qəsəbəsində əhalinin tam olaraq tibb müayinədən keçirilməsinin başa çatdığını bildirən V.Səfixanov ümumilikdə rayon üzrə bu prosesin gedişatını müsbət qiymətləndirdi.
Keçidlər