Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsi tərəfindən növbəti humanist aksiya keçirildi
30 iyul 2022 | 17:18
Azərbacan Qızıl Aypara Cəmiyyətinin təşəbbüsü ilə QAC Pirallahı Rayon Bölməsində qeydiyyatda olan kimsəsiz qocalara, aztəminatlı ailələrə sovqat paylanıldı.
Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, QAC Pirallahı Rayon Bölməsi 200-ə yaxın ailəyə yardım göstərib. Qeyd edək ki, rayonumuzda yaşayan aztəminatlı, əlil, ahıl və kimsəsiz ailələr, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailələri və veteranlar daim diqqət mərkəzindədir.