Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirilib

24 may 2022 | 17:01

       2022-ci il mayın 24-də Çilov qəsəbəsində “Narkomaniya ilə mübarizə” mövzusunda tədbir keçirildi. Tədbirdə RİH başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis şöbəsinin rəis müavini Elman Kazımov, Pirallahı rayon prokurorluğunun müstəntiqi Yusif Umudov və qəsəbədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etdilər.

       Tədbiri giriş sözü ilə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov açaraq bildirdi ki, yeniyetmə və gənclər arasında narkomaniya ilə  bağlı maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsi zamanın tələbidir. Natiq qeyd etmişdir ki, rayonda narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və qarşısının alınması məqsədilə Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”yaradılmışdır. Narkomaniyaya düçar olmuş insanların doğru yola çəkilməsi üçün maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu tədbir iştirakşılarının diqqətinə çatdıran V.Səfixanov bundan sonra da belə tədbirlərin keçirilməsinin zəruriliyini qeyd etdi. Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə ciddi fəsadlar vurduğunu bildirərən V.Səfixanov belə maarifləndirmə tədbirlərinin keçirilməsinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

       Pirallahı Rayon Polis şöbəsinin rəis müavini Elman Kazımov çıxışında ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə çərçivəsində məktəb kollektivi ilə yanaşı idarə və təşkilatlarda müvafiq dövlət qurumları tərəfindən narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə apardığını, yaranan problemlərin aradan qaldırılması istiqamətində müxtəlif proflaktik tədbirlərin həyata keçirdiyini bildirdi. Bununla yanaşı natiq narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vaciblliyini vurğuladı.

      Pirallahı rayon prokurorluğunun müstəntiqi Yusif Umudov son illər rayonumuzda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının artığını qeyd edərək kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində məktəblərdə və digər kollektiivlərdə bu məqsədlə çoxsaylı tədbirlərin həyata  keçirildiyini qeyd etdi.

     Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

     

Keçidlər