“Müstəqillik Günü” ilə bağlı humanitar aksiya keçirildi
26 may 2022 | 17:10
26 may 2022-ci il tarixdə Pirallahı rayonunda “Müstəqillik Günü” münasibətilə humanitar aksiya keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon Bölməsi tərəfindən şəhid ailələrinə, müharibə iştirakçılarına və aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılmışdır.
Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.