Şriftin ölçüsü :

Saytın rəngi :

Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir

09 aprel 2014 | 10:00
  Pirallahı rayonunda Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar açıq dərslərin keçirilməsi davam etdirilir.
  2014-cü il aprelin 7-si tarixində Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonu 168 №-li tam orta məktəbin 11-ci sinfində təhsil alan şagirdlərə “Ulu öndər Heydər Əliyevin sosial siyasəti” mövzusunda açıq dərs keçirildi. Açıq dərsdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları, məktəbin müəllim heyəti, şagirdlər iştirak etdilər.
  Tədbiri giriş sözü ilə YAP Pirallahı Rayon Təşkilatının təlimatçısı Anar Babayev açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir və bütün dövrlərdə onun bir amalı var idi – doğma Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halının yüksəldilməsi, ölkəmizin inkişafı və tərəqqisi.
  Tədbirdə çıxış edən Pirallahı rayon 168 №-li tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova qeyd etdi ki, respublikamızın dimanik inkişafı məqsədilə kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji Heydər Əliyevi başqalarından fərqləndirən əsas cəhətlər idi. Heydər Əliyev ali kürsüyə yüksəldiyi ilk gündən bütün varlığı ilə sevdiyi xalqının intibahı və xoşbəxt gələcəyi naminə böyük fədakarlıqlar göstərdi. Ulu öndər Heydər Əliyev ömrünün 81-ci ilində - ağsaqqallıq, müdriklik zirvəsində bizi tərk etdi. Amma o, cismən bizdən ayrılıb. Onun fəth etdiyi ən böyük zirvə xalqın qəlbidir. Həmin zirvədən Azərbaycanın dünəni və bugünü ilə yanaşı, gələcəyi, rifahı, işəqlı sabahı da aydın görünür.
  Tədbirin sonunda iştirakçılara Ümummilli Liderin həyatından bəhs edən videoçarx nümayiş olundu. Xatırladaq ki, 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 19-dək davam edəcək və bu dərslərdə Pirallahı rayonunun bütün məktəblərinin iştirakı nəzərdə tutulub.
Keçidlər