Şriftin ölçüsü :

Saytın rəngi :

“Şuşa ili”nə həsr olunmuş “Vətənim, Azərbaycanım, Şuşam!” adlı tədbir keçirildi

07 iyun 2022 | 12:39
      İyunun 6-da Pirallahı rayonunda 14 nömrəli Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında “Vətənim, Azərbaycanım, Şuşam!” adlı tədbir keçirildi.  “Şuşa ili”nə həsr edilmiş tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Vətən müharibəsi iştirakçıları, qonaqlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
      Tədbirdə qədim Şuşanın tarixi keçmişinə, bu gününə və gələcəyinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir. Filmdə Ümumilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin Şuşa şəhəri haqqında dəyərli fikirləri səsləndirilmişdir.
      14 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ifasında vətənpərvərlik mövzusuna həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərləri, xalq musiqilərinin nümunələri səsləndirilmişdir.  Xor kollektivi, “Ada” instrumental, nağaraçalanlar  və I sinif şagirdlərindən ibarət xalq çalğı alətləri ansambıllarının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Keçidlər