Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya əleyhinə növbəti maarifləndirmə tədbiri baş tutdu

09 iyun 2022 | 16:48
          09 iyun 2022-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbində şagirdlərin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə təbliğat xarakterli tədbir keçirildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis şöbəsinin rəisi Cümşüd İsmayılov, Bakı Şəhər Narkoloji Dispanserin psixoloqu Günay Babayeva, Pirallahı Tibb Mərkəzinin həkim infeksionisti Arzu Ağayeva və məktəblilərin  iştirak etdiyi tədbirdə narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verildi. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırıldı. Qeyd edildi ki, narkomaniyaya aludəçilik orqanizmin zəifləməsi, bədənin arıqlaması və fiziki gücün düşməsi ilə nəticələnərək insan həyatına ciddi təhlükə yaratmaqdadır.
       Bununla yanaşı, natiqlər tərəfindən ölkəmizdə bu sahədə görülən işlər barədə  auditoriyaya məlumat verildi. Vurğulandı ki, Respublikamızda narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. Bu istiqamətdə fəaliyyətin davamlılığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən müxtəlif dövrlərdə qanunlar, dövlət proqramları qəbul edilmişdir ki, bunlardan biri də 22 iyul 2019-cu il tarixdə qəbul olunan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”dır. O da qeyd edildi ki, narkomaniya ilə mübarizə bütünlükdə dövlətin, cəmiyyətin və nəhayət hər birimizin üzərinə düşən ciddi məsuliyyətdir.
           Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər