Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olundu

14 iyun 2022 | 16:02
      14 iyun 2022-ci il tarixdə Respublikanın bütün regionlarında olduğu kimi, Pirallahı rayonunda da “Son zəng” tədbirləri keçirilmişdir.
      Təntənəli şəkildə keçirilən tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və Aparatın məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları, məktəblərin müəllim, şagird heyəti, valideynlər və rayon ictimaiyyəti iştirak etmişdir.
       Tədbirlərdə iştirak edən Rayon İcra Hakimiyyətinin əməkdaşları məzunları əlamətdar gün münasibətilə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun adından təbrik edərək, Ulu Öndərin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, ölkə rəhbərliyinin təhsil sahəsində apardığı məqsədyönlü siyasətdən söz açdı. Bununla yanaşı, natiqlər müstəqil həyatın astanasında duran məzunlara gələcək həyatlarında uğurlar arzuladı, ölkəmiz və xalqımız üçün layiqli övlad olmaları naminə çalışmağı tövsiyə etdi. Şagirdlərə təbriklərini çatdırmaq üçün məktəb rəhbərliyi və müəllim heyəti də çıxışlar etdi.
         Məlumat üçün qeyd edək ki, 2021-2022-ci tədris ili üzrə rayonda fəaliyyət göstərən 7 məktəbdə ümumilikdə 13 sinif və 205 məzun vardır.

 

Keçidlər