Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il 11 aprel tarixində “Fövqəladə hallar zamanı mülki müdafiənin səmərəli təşkili üzrə tədbirlər” mövzusunda müşavirə keçirilib

11 aprel 2023 | 18:04
      2023-cü il 11 aprel tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Gənclər Mərkəzinin inzibati binasında “Fövqəladə hallar zamanı mülki müdafiənin səmərəli təşkili üzrə tədbirlər” mövzusunda müşavirə keçirilmişdir.
     Müşavirədə rayon İcra Hakimiyyəti başçısının birinci müavini - rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəzir Səfixanov, rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon mülki müdafiə xidmət və qüvvə rəhbərləri, bələdiyyələr və aidiyyəti şəxslər iştirak etmişdir.  
      Mövzu ilə bağlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov və aidiyyəti şəxslər çıxışlar etmiş, həmçinin təqdimat formatında ətraflı məlumatlar verilmişdir.
       Təqdimat zamanı hazırlanmış sənədlər (planlar) üzrə rayon ərazisində fövqəladə hadisələrin baş vermə təhlükəsi yarandıqda və ya baş verdikdə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, yüksək hazırlıq rejimində yerinə yetirilən tədbirlər, əhalinin və ərazinin mühafizəsi, mülki müdafiə rəhbər heyətinin, əhalinin xəbərdarlığının, qüvvə və vasitələrin hazırlıq vəziyyətinə gətirilməsinin, xilasetmə və digər təxirəsalınmaz işlərin, fövqəladə hadisə zonasından əhalinin, maddi və mədəni sərvətlərinin təxliyəsinin, idarəetmənin təşkilinə, həmçinin mövzu çərçivəsində digər vacib məsələlərə toxunulmuş, müzakirələr və izahat işləri aparılmışdır.
Keçidlər