Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsi təsis olundu
12 aprel 2014 | 10:00
Vətənimizin dar günündə əlinə silah götürüb Qarabağımız uğrunda, doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda erməni faşistləri və terrorçuları ilə ölüm-dirim savaşına atılan Qarabağ müharibəsi əlillərinə, eləcə də şəhid ailələrinə daim yüksək dövlət qayğısı göstərilir. Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirləri Pirallahı rayonunun sakinləri də yaxından hiss edir və rəğbətlə qarşılayırlar. Əhalinin sosial müdafiəyə ehtiyacı olan təbəqəsini dövlət qayğısı ilə daha geniş əhatə etmək məqsədilə 10 aprel 2014-cü il tarixdə Pirallahı qəsəbəsindəki 186 №-li tam orta məktəbin akt zalında Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin təsis konfransı keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, rayonun Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələrinin üzvləri və digər qonaqlar iştirak etdilər.
Təsis konfransını Qarabağ müharibəsi veteranı Nazim Hüseynov açıq elan edərək, bildirdi ki, əhalinin başqa təbəqələri ilə müqayisədə əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə daha çox ehtiyaçı olduğunu nəzərə alan Prezident İlham Əliyev onlara daim diqqət və qayğı göstərir. Eyni zamanda, dövlət başçısı tərəfindən imzalanan müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Martın 17-də isə dövlətimizin başçısı bu məqsədlə növbəti fərman imzalamışdır.
Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov qeyd etdi ki, bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi deyilənlərin əyani təsdiqidir. Fiziki sağlamlığını itirən müharibə əlilləri üçün hər cür lazımi şərait yaradılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir, onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və ehtiyac olduğu halda onlar müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında bildirdi ki, rəhbərlik etdiyi təşkilat 2001-ci ildən fəaliyyət göstərir. Hazırda ictimai birliyin 60 mindən çox üzvü var. Respublikanın bütün rayon və şəhərlərində yerli şöbələri fəaliyyət göstərir. Bu kontingentin sosial durumunu və mənzil şəraitini yaxşılaşdırmaq üçün birlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Qarabağ müharibəsi veteranı Mübariz Xudaverdiyev öz çıxışında vurğuladı ki, rayonda belə bir şöbənin yaradılması zəruridir. Bu təşkilat Pirallahı rayonunda yaşayan Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin problemləri ilə daha yaxından məşğul olacaq, sosial reabilitasiyaya ehtiyacı olanlara qayğı və diqqət göstərəcəkdir.
Təsis konfransının gündəliyi təsdiq edildikdən sonra qarşıda duran vəzifələr üzrə məsələlərin müzakirəsinə başlanıldı. Oruç Mustafayev Konfrans iştirakçılarının yekdil qərarı ilə Rayon Şöbəsinin sədri, Mübariz Xudaverdiyev isə sədrin müavini seçildilər. Açıq səsvermə yolu ilə Vəzir Səfixanov, Oruç Mustafayev, Mübariz Xudaverdiyev, Yaşar Tarverdiyev, Nadir Mahmudov, Samir Cəfərov, Fizuli Mustafayev birliyin Pirallahı Rayon Şöbəsinin idarə heyətinin üzvləri, Tahir Abbasov, Nazim Hüseynov və Nemət Cabbarov isə təftiş komissiyasının üzvləri seçildilər.
Sonda M. Mehdiyev birliyin Pirallahı Rayon Şöbəsinə gələcək fəaliyyətində uğurlar arzuladı.