Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda idmanın kütləviliyinin artırılması və inkişaf etdirilməsi məqsədilə mütəmadi addımlar atılır

17 aprel 2014 | 10:00
  Azərbaycanda idmanın inkişafı hər il keçdikcə geniş vüsət alır və bu inkişaf yeni-yeni uğurlara vəsilə olur. Müstəqillik əldə etdikdən bu günə qədər Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.      
 Respublikamızın bütün bolqələrdə olduğu kimi, Pirallahı rayonunda da  idmanın inkişaf etdirilməsi  məqsədilə mütəmadi addımlar atılmaqdadır. Xatırladaq ki, keçən il ərzində ölkə daxili yarışlarda Pirallahı idmançıları 18 qızıl, 27 gümüş və 30 bürünc medal qazanmışlar. Beynalxalq yarışlarda isə 5 qızıl və bir gümüş medal qazanıblar.
  Hazırda rayonda 3 stadion və bir idman sarayı fəaliyyət göstərir. Burada qənclər idmanın müxtəlif növləri- futbol, sərbəst güləş, cüdo, yunan-roma güləşi, karate, sambo güləşi, kikboksinq və aerobika ilə məşğul olurlar.
  İdmanın təbliğı məqsədi ilə rayonda silsilə tədbirlər keçirilir. Növbəti tədbir 15 aprel 2014-ci il tarixində Pirallahı RİHB-sı Aparatında keçirildi. Müşavirədə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov və Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, Pirallahı rayonunda yaşayan idman ictimaiyyətin nümayəndələri,  məktəb direktorları və müəllim heyəti iştirak etdilər.
  Tədbirdə çıxış edən V.Səfixanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə rayonda bu istiqamətdə ardıcıl, planlı və prespektivli addımlar atmağın zəruriliyindən danışdı. Bildirdi ki,  Azərbaycanın digər sahələri kimi, idman sektoru da böyük inkişaf dövrünü yaşayır. Dövlətin inkişafı, iqtisadiyyatın daha da güclənməsi, möhkəm dayaqlara əsaslanması idmanın da inkişafında həlledici rol oynayır. Bu gün Azərbaycan gəncliyi inkişaf və tərəqqi etməklə yanaşı, həm də Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətini uğurla davam etdirirlər. Azərbaycanda İdmanın inkişafı dövlət siyasətidir və bu məqsədlə konkret addımlar atır. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir və idmanla məşğul olan gənclər üçün bu gün hər yerdə yüksək səviyyədə şərait yaradılır. V. Səfixanov həmçinin Rayonda idman yarışlarının, müvafiq idman növləri üzrə komandaların təşkil olunması və mövcud olan idman obyektlərindən səmərəli istifadəsinin zəruriyətini vurğuladı.
  Toplantıda Pirallahı rayonunda idmanın inkişaf etdirilməsi məqsədilə növbəti mərhələdə görüləcək işlərə rəhbərlik edəcək İşçı Qrupunun yaradılması təklif olundu. Təklif müsbət qarşılandı və 11 nəfərdən ibarət  İşçi Qrupu yaradıldı.
Keçidlər