Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyevin qayıdışı ilə qurtuluş mübarizəsi özünün həlledici mərhələsinə qədəm qoydu

16 aprel 2014 | 10:00
  Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar dərslərin keçirilməsi qrafikə uyğun olaraq davam etdirilir.
   Pirallahı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı və Bakı Şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında 11-ci sinifdə təhsil alan şagirdlərə “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” mövzusunda növbəti açıq dərs keçirildi. Açıq dərsdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, 235, 243, 131, 231 №-li tam orta məktəblərinin müəllim heyəti və şagirdləri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının Aparatının rəhbəri Həsən Niftəliyev açaraq bildirdi ki, ulu öndər Heydər Əliyev şəxsiyyəti böyük dünyadır. Bu nadir şəxsiyyətin siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar.
  Tədbirdə çıxış edən Pirallahı rayon 243 №-li tam orta məktəbin tarix müəllimi Famil Hüseynov bildirdi ki, 1993-cü ilin iyun günlərində ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlamış qurtuluş mübarizəsi özünün yeni, həlledici mərhələsinə qədəm qoydu, bütün Azərbaycanın qurtuluşu başlandı. Bu dövrdə Heydər Əliyev doğma xalqının önündə gedərək Azərbaycanı tarixinin ən qanlı burulğanından çıxara bildi, Vətənin qurtuluş savaşına başçılıq etdi və Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil oldu. Azərbaycan dövlətçiliyini – siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etdi və tariximizdə həm də, Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandı. Bu şanlı tarixi missiyasnı Heydər Əliyev son dərəcə çətin, mürəkkəb və ziddiyyətli tarixi şəraitdə yerinə yetirdi. Hazırda davam etməkdə olan dövr mahiyyətcə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi uğrunda mübarizə və Yeni Müstəqil Azərbaycanın qurulması dövrüdür.
  Sonda iştirakçılara Ulu Öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu. Xatırladaq ki, 11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı dərslər mayın 19-dək davam edəcək və bu tədbirlərdə Pirallahı rayonunun bütün məktəblərinin iştirakı nəzərdə tutulub.
Keçidlər