Pirallahı rayonunda I rübün yekunlarına dair hesabat yığıncağı keçirildi
18 aprel 2014 | 10:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qazanılan uğurlar 17 aprel 2014-cü il tarixində Pirallahı rayonu İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında bir daha səsləndirildi. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov, Milli məclisin deputatı Rauf Əliyev, RİH başçısı yanında Şuranın üzvləri, Pirallahı rayonunun fəalları iştirak etdilər. 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açdı.
Rayon haqqında geniş məlumat verən V.İmanov bildirdi ki, rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Rayonun Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir. Baş plana əsasən qəsəbənin mərkəzi hissəsində İnzibati Mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Burada artıq müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, inşa ediləcək Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisi üçün layihə hazırlanaraq əlaqədar təşkilatların təsdiqinə göndərilmişdir. MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmışdır, sənədləşmə prosesi davam edir.
Baş plana uyğun olaraq Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi davam edir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 meqavat gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə start verilmişdir. Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binasının inşasına da başlanmışdır. Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın yüksək səviyyədə icrası və “Yüksək Texnologiyalar Parkı”nın biznes planının daha mükəmməl hazırlanması istiqamətində işlər davam edir.
2014-cü ilin I rübündə 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş, şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsini əbədiləşdirən “Vətən uğrunda” abidə-kompleksinin inşaat işləri başa çatdırılmışdır. Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir. Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə başa çatdırıldıqdan sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdiriləcəkdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır.
“Abad Məhəllə-1”in salınması üçün 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan ilk binada inşaat işləri və kommunikasiya xətlərinin çəkilişi davam edir, dam örtüyünün vurulmasına başlanmışdır. Burada Çörək Fabrikinin tikintisi də davam edir. Yaxın vaxtlarda Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik 2 ədəd Körpələr evi – uşaq bağçasının tikintisinin başlanması məqsədilə hazırlıq işləri görülür.
Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, 4 000-dən çox küknar, eldar şamı, sərv və xan çinar ağacları, dekorativ güllər əkilmişdir. Ətraf mühitin mühafizəsi istiqamətində təsirli tədbirlər görülmüş, rayon ərazisində qanunsuz ağac kəsilməsi halına yol verilməmişdir. Rüb ərzində qəsəbədə 3 ədəd köhnə tipli dayanacaq sökülərək yeni, müasir avtobus dayanacaqları quraşdırılmışdır. Ötən ilin oktyabr ayında başlanmış 168 №-li tam orta məktəbin əsaslı təmiri intensiv surətdə davam etdirilir.
Hesabat dövründə Pirallahı rayonunda sənaye sahəsi üzrə də nailiyyətlər əldə edilmişdir. 2014-cü ilin I rübü ərzində Pirallahı rayonu üzrə neft hasilatı 1 mln 507 min 122 ton, qaz hasilatı isə 1 mlrd 389 mln 566 min m3 təşkil etmişdir. Azəryolservis ASC-nin sərəncamı ilə yeni yaradılmış Pirallahı rayon 78 saylı Yol İstismar MMC yanvar ayından fəaliyyətə başlamışdır.
Pirallahı rayonunun yaranması ilə sakinlərin ictimai-siyasi həyatında da böyük canlanma yaşanır. Yanvarın 20-də Pirallahı rayon İcra Hakimiyyətində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi dördüncü ildönümü ilə əlaqədar şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanlarla görüş təşkil edildi. Görüşün sonunda şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanlara maddi yardım göstərildi. Daha sonra Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksinin önündə 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Anım mərasimi keçirildi. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində işlər müntəzəm xarakter daşımış, ehtiyacı olanlara mütəmadi yardım göstərilmişdir. Bu kateqoriyadan olan sakinlərə göstərilən diqqət və qayğının genişləndirilməsi istiqamətində işlər davamlı olaraq həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 17-dən Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə start verilmişdir. Hesabat yığıncağının keçirildiyi günə olan məlumata görə rayon üzrə 10082 sakin ümumilikdə tibbi müayinələrdən keçib ki, bunlardan da 1520 nəfəri uşaqlardır. Aşkar olunan xəstəliklər səbəbindən 679 xəstəyə ambulator, 158 nəfərə isə stasionar müalicə təyin olunub.
Fevralın 25-də Pirallahı rayon İcra Hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbirə Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Ağ qayıq” tamaşasına baxışla yekun vuruldu.
Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar 24 fevral 2014-cü il tarixdən başlayaraq Pirallahı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayonunun orta məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır”, “Əsrin müqaviləsi” və Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası”, “Ulu öndər Heydər Əliyevin sosial siyasəti” və digər mövzularda açıq dərslər təşkil edilmişdir. Rüb ərzində 5 açıq dərs təşkil edilərək Ümummilli Liderin irsinin öyrədilməsi ilə əlaqədar dərslərin keçirilməsi rayonun bütün məktəblərində davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq yardımı çatdırılmışdır. Respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Vasif İmanov vurğulamışdır ki, Möhtərəm Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə RİH Aparatının kollektivi səylə çalışmaqda davam edəcəkdir. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur. Əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüləcək işlərdən Yanğın mühafizəsi bölməsinin tikintisini və yanğına qarşı su hovuzunun təmirini qeyd etmək olar.
Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə “Gənclər Mərkəzi”nin yaradılması və həmin mərkəzdə internet-kafe, çay evi və digər istirahət obyektlərinin inşası nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində Gənclər evinin tikintisi də planlaşdırılır. Artıq 5 əlavə idman meydançasının yaradılması üçün yer müəyyən edilmişdir və yaxın vaxtlarda tikintiyə başlanacaqdır. İdmanın kütləviliyini artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının gücləndirilməsi məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Maraq və fiziki göstəriciləri nəzərə alınmaqla uşaq, yeniyetmə və gənclərdən ibarət fərqli idman növləri üzrə komandaların təşkil edilməsi, müxtəlif yarışlar keçirilməsi, iştirakçıların həvəsləndirilməsi məqsədilə qaliblərin mükafatlandırılması nəzərdə tutulmuşdur.
Dövlət Proqramında qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, eyni zamanda Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi layihələri öz əksini tapmışdır.
Qeyd etmək yerinə düşər ki, mart ayında Pirallahı rayonunda yerli dövlət strukturlarının faktiki fəaliyyətə başlamasının 1 ili tamam oldu. Yeni yaradılmış rayonun son bir illik fəaliyyəti dövründə görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, növbəti dövrdə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, 2014-cü ilə də yüksək göstəricilərlə yekun vurulacaqdır. Həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işləri sübut edir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, qəbul edilmiş proqramlar vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir.
Hesabat məruzəsi ətrafında çıxış edən Milli məclisin deputatı Rauf Əliyev, Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon Polis şöbəsinin rəisi İsfəndiyar Möhbalıyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov, Gürgan qəsəbə nümayəndəsi Elxan Zülfüqarov, RİH Aparatının məsul əməkdaşı Anar Babayev 2014-cü ilin I rübündə Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etdilər. “Pirallahı rayonunda 2014-cü ilin I rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi.