Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş sambo üzrə rayon birinciliyi keçirildi

22 aprel 2014 | 10:00
    Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü idman siyasəti, Cənab Prezident İlham Əliyev tərəfindən hazırda böyük uğurla davam etdirilir. 1997-cı ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Cənab İlham Əliyevin gərgin əməyi nəticəsində hazırda Azərbaycan dünya arenasında idman ölkəsi kimi tanınır. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib.                
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığıına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi məqsədi ilə Pirallahı rayonunda da tədbirlər görülür. Qeyd edək ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda  Pirallahı qəsəbəsində yerləşən stadionun əsaslı təmir olunaraq,  genişləndirilməsi və 5 idman meydançasının yaradılması nəzərdə tutulub.
   Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə rayonda müxtəlif tədbirlər, o cümlədən yarışlar, turnirlər keçirilir. 18 aprel 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyətinin və Azərbaycan Sambo Federasiyasının birgə təşkilatçılığı ilə Pirallahı İdman Mərkəzində sambo üzrə açıq rayon birinciliyi oldu. 1997-2003-cü il təvəllüdlü yeniyetmə və gənclər arasında təşkil olumuş yarışda müxtəlif çəki və yaş qruplarında 14 komanda təmsil olunurdu. Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Respublika Sambo Federasiyanın, rayonun idman ictimayətinin nümayəndələrinin iştirak etdiyi turnirin yekununda qaliblərə fəxri diplomlar və qiymətli hədiyyələr təqdim edildi.
Keçidlər