Şriftin ölçüsü :

Saytın rəngi :

21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

21 fevral 2025 | 16:28
      21 fevral 2025-ci il tarixdə Pirallahı rayonunda fəaliyyət göstərən tam orta məktəblərdə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbirlər keçirilmişdir. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəblərin pedaqoji kollektiv və şagirdləri iştirak etmişdir.
      Tədbirlərdə ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
      Tədbirlərdə çıxış edən natiqlər bildirmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
     Natiqlər, Ümummilli Lider Heydər Əliyevin dövlət dilinin inkişafı sahəsində həyata keçirdiyi misilsiz xidmətlərindən, xalqımıza və onun dilinə tükənməz məhəbbətindən, dilimizin zənginliyindən ətraflı bəhs etmişdir. Azərbaycan dilinin hərtə­rəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. l978-ci ildə o vaxtkı SSRİ rəhbərliyinin ciddi narazı­lıq və etirazlarına baxmayaraq, Heydər Əliyevin böyük qətiyyəti sayəsində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edilmişdi. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunan ilk Konstitusi­yasında xalq referendum yolu ilə öz mövqe­yini nümayiş etdirərək, ölkədə dövlət dilinin Azərbaycan dili adlandırılmasına yekdilliklə tərəfdar olduğunu bildirdi. Bundan sonrakı illərdə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", "Azərbaycan əlifbası və Azərbaycan dili gü­nünün təsis edilməsi haqqında" imzaladığı fərmanlar, milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolun­da göstərdiyi misilsiz xidmətlərdəndir. Bu gün ulu öndərin ali ideallarının gerçəkləşməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yorulmadan fəaliyyət göstərir. Bu istiqamətdə uğurlu fəaliyyət dilimiz kimi saf və nəcib milli-mənəvi dəyərin qorunub saxlanması, ictimai şüurda möhkəmlənməsi, özünə güclü dayaqlar tapması ilə yanaşı, dünya miqyasında təbliğinə yönəlib.
    Tədbirlərdə şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmiş, dil haqqında şeirlər, hikmətli kəlamlar və mahnılar səsləndirilmişdir.
Keçidlər