Pirallahı rayonunda idmanın inkişafına daim diqqət göstərilir
23 aprel 2014 | 10:00
Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Qeyd edək ki, dövlətin idman siyasətinin səmərəli həyata keçirilməsi üçün 1994-cü ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı və həmin zamandan respublikamızın idman həyatında dönüş yaradıldı. 1995-ci il martın 5-də Heydər Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi və bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi, bu sahədə ümumxalq yardımının təşkil olunması məqsədilə gənclərin idmana marağını artırmaq və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında İdman Fondu yaradıldı.
Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən və İdmanın təbliğı məqsədi ilə Pirallahı rayonunda silsilə tədbirlər həyata keçirilir. Növbəti tədbir 21 aprel 2014-ci il tarixində Pirallahı RİHB Aparatında keçirilən idmanın inkişafına həsr edilmiş müşavirə oldu. Müşavirədə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov və Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, Pirallahı rayonunda yaşayan idman ictimaiyyətinin nümayəndələri, məktəb direktorları və müəllim heyəti iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov rayonda idmanın inkişafı üçün həyata keçirilməli olan əsas tədbirlər sırasına mövcud idman stadionun əsaslı təmirini, 5 idman meydançasının yaradılmasını, zəruri avadanlıqlarla təchizatını, idman klublarının açılmasını, mütəxəssislərin yetişdirilməsini, rayon birinciliklərinin və digər yarışların keçirilməsini, rayon idmançılarının beynəlxalq yarışlarda iştirakının təmin edilməsini, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsini, uşaq və yeniyetmələrin daha geniş miqyasda idmana cəlb olunmasının zəruriliyini vurğuladı. Qeyd edildi ki, rayon idmançıları beynəlxalq yarışlarda daim uğurla iştirak edirlər və keçən il ərzində ölkə daxili yarışlarda 18 qızıl, 27 gümüş və 30 bürünc medal qazanmışlar. Beynəlxalq yarışlarda isə 5 qızıl və bir gümüş medal qazanıblar. Növbəti gümüş medalı 05-11 aprel 2014-cü il tarixində Kişinyov şəhərində keçirilən karate üzrə Avrora cempionatında fəxri kürsünün ikinci pilləsinə ucalan Pirallahı sakini Mərdan Vəliyev qazanıb.
Sonda işçı qrupunun təklifi ilə ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş basketbol, mini-futbol, şahmat və karate üzrə rayon birinciliklərinin keçirilməsinə qərar verildi.