Rayon İcra Hakimiyyətində “Vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti” mövzusunda toplantı keçirildi
24 aprel 2014 | 10:00
21 aprel 2014-ci il tarixində Pirallahı rayon İcra Hakimiyyəti başçısının Aparatında “Pirallahı rayon İcra Hakimiyyəti başçısının Aparatında dövlət hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti” mövzusunda iclas keçirildi. İclasda Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov, Rayon İcra Hakimiyyətinın məsul əməkdaşları, RİHB-nın Pirallahı, Neft Daşları, Çilov, Gürgan qəsəbələri üzrə nümayəndələri, rayonun digər idarə və müəssisələrinin nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən RİH Aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə işin aparıcısı Hacı İbrahimov qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçısının Aparatında sənədlərlə və vətəndaşların müraciətləri ilə işin təşkili bu sahədə qüvvədə olan aktların, eləcə də digər sənədlərin tələblərinə uyğun olaraq aparılmalıdır. Bunlara əsasən Azərbaycan Respublikasının 1997-ci il 10 iyul tarixli 314 İQ nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”nın, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 347 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın, Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat, müəssisələrdə kargüzarlığın aparılmasına dair Təlimat” aiddir.
Toplantıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev tərəfindən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Aparatına daxil olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən Beyləqan rayon İcra Hakimiyyəti başçısının Aparatında aparılan yoxlama əsasında hazırlanmış arayışın məzmunu ətraflı müzakirə olundu.
Tədbirdə çıxış edən RİH aparatının kadrlar üzrə işin aparıcısı Mahir Qarayev bildirdi ki, sənədlərlə işin təşkilində iş nomenklaturu siyahısı tərtib olunması, aidiyyəti qovluqların açılması və müvafiq qaydalara uyğun jurnalların səhifələrinin nömrələnməsinə diqqət yetirilməlidir.
Sonda Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini və etik müvəkkili Vəzir Səfixanov bildirdi ki, vətəndaşların ərizə və şikayətlərini yaradan səbəblər araşdırılmalıdır və vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.