Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə start verildi
25 aprel 2014 | 10:00
Ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da Dövlət Proqramına uyğun olaraq geniş abadlıq-quruculuq işləri davam etdirilir. Son bir il ərzində rayonda aparılan abadlıq və quruculuq işləri rayonun görkəmini yaxşılığa doğru xeyli dəyişib. Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə başa çatdırıldıqdan sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdiriləcəkdir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri aparılır. Ümumiyyətlə, Pirallahı qəsəbəsində bütün əsas və məhəllədaxili su və kanalizasiya xətləri tamamilə dəyişdirilir, ayrı-ayrı məhəllələrə yeni istilik xətləri çəkilir, yeraltı qaz xətləri ləğv olunaraq, yerüstü təzə qaz xətləri çəkilir, köhnə işıq dirəkləri və kabellər tamamilə yenisi ilə əvəzlənir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində rayonda qəsəbədaxili və məhəllədaxili yolların asfaltlanması planlaşdırılıb.
Yaxın günlərdə Pirallahı rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinə başlanılacaq. Binanın layihələndirilməsi artıq başa çatıb. Hazırda inzibati binanın bünövrəsinin qazılmasına start verilib. İnzibati bina 4 mərtəbədən ibarət olacaq. Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir. Binanın ümumi sahəsi 3485 kvadrat metr, tikinti sahəsi 1224 kvadrat metr, həcmi 20321 kub metr təşkil edəcək. Birinci mərtəbənin sahəsi 927 kvadrat metr, ikinci mərtəbənin sahəsi 926 kvadrat metr, üçünçü mərtəbənin sahəsi 927 kvadrat metr, dördünçü mərtəbənin sahəsi isə 705 kvadrat metr olacaq.
Hazırda Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının tikintisi davam edir. Artıq binanın dam örtüyü vurulur və fasad hissəsinə üzlük daşlar döşənir. Burada işlər qrafik üzrə davam etdirilir.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Yolun bir çox hissəsi artıq istismara verilmişdir. Yol boyu yaşıllıq zolaqları salınır.