Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Çernobıl faciəsindən düz 28 il keçir

27 aprel 2014 | 10:00
    26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi. Hadisə zamanı 7000-ə yaxın insan həyatını itirdi, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaqların 90 faizində əlillik yaranıb. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də bir kabus kimi Avropada dolanmaqdadır.
   Çernobıl faciəsinin növbəti ildönümü münasibətilə Pirallahı rayon İcra Hakimiyyətində təşkil olunan tədbirdə faciənin fəsadlarının aradan qaldırılmasında iştirak edənlərin nümunəvi xidmətlərindən danışıldı. Toplantıda Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Çernobıl əlilləri iştirak etdilər.
    Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirdi ki, ulu öndər Heydər Əliyev keçmiş Sovetlər İttifaqının rəhbərlərindən biri kimi, Çernobıl qəzasının fəsadlarının aradan qaldırılması işinə rəhbərlik edib, ağır günlərdə dəfələrlə qəza zonasında olub. Bildirildi ki, 1993-cü ilin dekabrında Milli Məclis “Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak emiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və müdafiəsi” haqqında qanun qəbul edib.
   Tədbirdə çıxış edənlər Çernobıl əllillərinə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıdan danışdılar. Tədbirin sonunda Çernobıl əlillərinə Rayon İcra Hakimiyyəti tərəfindən yardımlar paylandı.
Keçidlər