Şriftin ölçüsü :

Saytın rəngi :

“Dünyada ən şərəfli peşə vətəni, torpağı, dövləti qorumaq peşəsidir”

30 aprel 2014 | 10:00
    Respublikamızda gənclərin vətənpərvərlik, dövlətimizə və xalqımıza məhəbbət ruhunda tərbiyə edilməsi ən mühüm sahələrdən biridir və bu sahənin inkişafında ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir. Ümummilli liderin qeyd etdiyi kimi "Dünyada ən şərəfli peşə vətəni, torpağı, dövləti qorumaq peşəsidir”. Heydər Əliyevin söylədiyi "...bizim, sizin, hamımızın vəzifəsi müstəqil Azərbaycanın sağlam gəncliyini tərbiyə etmək, bilikli etmək, müasir dünyanın əldə etdiyi nailiyyətlər səviyyəsinə qaldırmaq, Azərbaycanda müstəqil, demokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu işinə cəlb etməkdir...” ideyası gənclər siyasətinin fəlsəfəsinə çevrilmişdir.
  Pirallahı rayonunda yeniyetmələr, gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə rayonun bütün ümumtəhsil məktəblərində seminarlar keçirilir. Aprelin 24-də Pirallahı qəsəbəsindəki 186 №-li tam orta məktəbdə, aprelin 25-də isə Gürgan qəsəbəsində yerləşən 231 №-li tam orta məktəbdə mövzuya dair tədbirlər təşkil olundu.
   28 aprel 2014-cü il tarixində Pirallahı qəsəbəsindəki 243 №-li tam orta məktəbin akt zalında “Hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda növbəti tədbir keçirildi. Seminarda N saylı hərbi hissənin polkovnik-leytenantı İlham Həşımov, Rayon İcra Hakimiyyətinin əməkdaşları, 243 və 168 №-li məktəblərin müəllim heyəti və 8-10-cu sinif şagirdləri iştirak etdilər.
  İlk olaraq 168 №-li məktəbin direktoru Şakir Mikayılov qonaqları salamlayaraq bildirdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi - vətənə məhəbbət, öz xalqına hörmət, vətənin düşmənlərinə nifrət, doğma yurdun çiçəklənməsi uğrunda fəal mübarizə deməkdir.
    Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Hüseynov çıxışında qeyd etdi ki, vətənə xidmət hər bir vətəndaşın müqəddəs borcudur və bu gün Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməyə qadir güclü ordusu var.
    N saylı hərbi hissənin polkovnik-leytenantı İlham Həşımov çıxış edərək bildirdi ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra azərbaycanlıların ali hərbi təhsil almaları üçün yollar axtarmağa başladı. -“Bunlardan biri də indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyın yaradılması oldu. İndiki zamanda Ulu Öndərin hərbi strategiyası davam etdirilir və ölkəmizdə hərbçilərə daim diqqət və qayğı göstərilir. Vətənin müdafiəsinə hazırlıq şəxsi heyətin hazırlığı ilə müəyyən edilir. Bunun üçün həmişə hərbi işin öyrənilməsi, düşmənə qarşı silahlı mübarizə vərdişlərinə yiyələnmək əsas vəzifə hesab olunur”.
İ.Həşımov çıxışında bu gün Azərbaycan dövlətinin hərbi mütəxəssislərə, kadrlara yaratdığı geniş imkanlardan, onalrın sosial tələblərinin yüksək səviyyədə qarşılandığından, hərbiçilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
   Toplantının sonunda gəncləri maraqlandıran suallar cavablandırıldı və müvafiq hərbi təhsil müəssisələri haqqında ətraflı məlumat verildi.
    Mövzu ilə bağlı növbəti tədbirlər  Pirallahı qəsəbəsindəki 235  və Çilov qəsəbəsindəki 131 saylı tam orta məktəblərdə davam etdiriləcək.
Keçidlər