Şriftin ölçüsü :

Saytın rəngi :

Futbol üzrə rayon birinciliyi başa çatdı

02 may 2014 | 10:00
   Pirallahı rayonunda təsdiq edilmiş Tədbirlər Planına əsasən ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş müxtəlif idman növləri üzrə rayon birincilikləri və yarışlar təşkil olunur. Qeyd edək ki, ümummilli lider həmişə Azərbaycanda idmanın inkişafına xüsusi diqqət ayırırdı və deyirdi: “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürürəm. Azərbaycan gənclərinə xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz”. Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
   Pirallahıda ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş növbəti idman yarışlarına 29 aprel 2014-cü il tarixində start verildi. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı məktəbliləri arasında keçirilən futbol üzrə rayon birinciliyi rayonun idman ictimaiyyəti və sakinlər tərəfindən də böyük maraqla qarşılandı. Yarışlarda rayonun 186, 235, 243, 168 və 231 №-li tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar. İki gün davam edən turnir gərgin idman mübarizəsi şəraitində keçdi.
   Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklu idman meydançasında olimpiya sistemi üzrə keçirilən yarışların nəticələrinə görə I yerə 235 №-li məktəbin komandası çıxdı. Qalib komandaya kubok, Fəxri fərman və qiymətli hədiyyələr təqdim ediləcəkdir.
Keçidlər