Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş bayram tədbirləri davam edir

04 may 2014 | 10:00
     Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədiyaşar lider, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətləri Azərbaycan vətəndaşları və bütövlükdə xalqımız unutmayıb və hər il keçirilən, Azərbaycan xalqının böyük hörmətini və məhəbbətini ifadə edən tədbirlər Heydər Əliyevin xalqımız qarşısındakı möhtəşəm xidmətlərinə verdiyi qiymətdir. Digər bir tərəfdən Azərbaycan vətəndaşları onu da aydın şəkildə dərk edirlər və qiymətləndirirlər ki, ümummilli liderin layiqli davamçısı Prezident cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti davam etməkdədir, Azərbaycanın inkişafı, yüksəlişi, həyatımızın müsbət şəkildə dəyişməsi əhəmiyyətli dərəcədə Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin reallaşması ilə əlaqədardır.
  Pirallahı rayonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə bayram tədbirləri davam edir.  Tədbirlər rayonun bütün idarə və müəssisələrində yüksək səviyyədə təşkil edilmişdir. Hər həftənin şənbə günləri iməciliklər keçirilmiş,  təmizlik işləri görülmüşdür, ərazidəki bütün ağacların dibləri yumşaldılmış, yeni ağaclar və gül kolları əkilmişdir. Ulu öndər Heydər Əliyevin 91 illiyinə həsr olunmuş mini-futbol, güləş, şahmat və sambo üzrə rayon birincilikləri keçirilməkdədir..
   Pirallahı rayonunun bütün təhsil ocaqlarında - 186, 235, 168, 243, 231, 131 №li tam orta məktəblərdə ulu öndər Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş bayram tədbirləri təşkil olunub. Tədbirlərdə uşaqların dekorativ tətbiqi sənət nümunələrindən ibarət əl işləri sərgisi nümayiş olunur, istedadlı şagirdlər maraqlı çıxışları ilə iştirakçılarda böyük maraq doğururlar.
   Mayın 2- də Pirallahı qəsəbəsindəki 235 və 243, eləcədə də Gürgən qəsəbəsindəki 231 № li tam orta məktəblərdə növbəti bayram tədbirləri keçirildi. Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanovun, Bakı şəhəri Baş Təhsil İdarəsi nümayəndələrinin və digər qonaqların  iştirakı ilə keçirilən tədbirlərdə şagirdlərin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları nümayiş olundu. İştirakçılar məktəblilərin hazırladıqları sənətkarlıq nümunələri, gül-çiçəklər və əl işləri ilə bəzədilmiş stendlərlə tanış oldular. Pirallahı Rayon İcra Hakimiyyətinin qiymətləndirmə komissiyası tərəfindən ən yaxşı əl işləri seçildi və bəyənilən əl işləri Bakının rayonları arasında müxtəlif nominasiyalar üzrə keçiriləcək müsabiqəyə təqdim olunacaqdır. Məktəblərdə təşkil olunan tədbirlər rəngarəng bayram konsertləri ilə davam etdirildi.
    Pirallahı rayonunda keçirilən bayram tədbirləri mayın 3-də 186 və 168 № li tam orta məktəblərdə davam etdirilir.
Keçidlər