Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat və yunan-roma güləşi yarışlarına yekun vuruldu

06 may 2014 | 10:00
   Pirallahı rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər davam edir. Rayonda təsdiq edilmiş Tədbirlər Planına əsasən müxtəlif idman növləri üzrə yeniyetmələr və gənclər arasında rayon birincilikləri və yarışlar təşkil olunur. Qeyd edək ki, aprelin 18-də sambo, aprelin 29-da futbol, mayın 2-də isə basketbol üzrə rayon birincilikləri keçirilmişdir.
   Növbəti tədbir – şahmat turniri 3 may 2014-cü il tarixində 243 №-li tam orta məktəbin akt zalında keçirildi. Turnirdə 186, 243, 235, 168, 231 №-li məktəblərin gənc şahmatçıları iştirak etdilər. Turnirin nəticəsinə görə, birinci yeri 168 №-li məktəb, ikinci yeri 235 №-li məktəb, üçünçü yeri isə 243 №-li məktəb qazanmışdır. Turnirin qalibləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışdır.
   4 may 2014-cü il tarixində YAP Pirallahı Rayon Təşkilatının və Pirallahı RİH-in birgə təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yunan-roma güləşi üzrə rayon birinciliyi təşkil olundu. Pirallahı İdman Mərkəzində yeniyetmə və gənclər arasında təşkil olumuş turnirdə iki yaş qrupunda və 18 çəki dərəcəsində 2000-2002-ci və 2003-2005-ci il təvəllüdlü 170 idmançı iştirak etdi. Turnirdə “Lider”, “Vüqar”, “Qızıl əlcək”, “Təhsil” idman klublarının, 16 №-li Uşaq gənclər məktəbinin, “Pirallahı” idman klubun və digər idman cəmiyyətlərinin gənc nümayəndələri çıxış etdilər. Turnirin qalibləri YAP Pirallahı rayon təşkilatı tərəfindən medallarla və fxri diplomlarla təltif olundular.
   Qeyd edək ki, 02 aprel 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Pirallahı və Xəzər rayonlarının müəllimləri arasında keçirilən şahmat turnirində Pirallahı rayonu 235 saylı məktəbin direktoru Rüstəm Yaqubov 2-ci yeri qazanmışdır.
   Xatırladaq ki, bu ilin aprel ayında Bakı şəhərinin 12 rayonu arasında keçirilən və ətraf mühitin qorunmasına həsr olunmuş“EKO Erudit” bilik yarışmasında 235 №-li məktəbin şagirdləri 4-cü yerə layiq görülmüşlər.
Keçidlər