Faşizm üzərində tarixi qələbənin 69-cu ildönümü Pirallahıda anıldı
08 may 2014 | 10:00
Mayın 7-də Pirallahı rayonu İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 69-cu ildönümünə həsr olunmuş Böyük vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirildi. Tədbiri Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov açaraq faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının göstərdikləri rəşadətdən, Bakı neftinin və neftçilərinin tarixi qələbənin qazanılmasında müstəsna rolundan danışdı. Bildirildi ki, müharibə illərində döyüşən ordunun benzinə olan ehtiyacının 80%-ni, sürtkü yağlarının isə 90%-ni Azərbaycan təmin edirdi. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi.
V.Səfixanov qeyd etdi ki, 1941-1945-ci illərdə Azərbaycanın 600 minədək mərd oğlu və qızı qanlı müharibəyə yollanmış, onlardan 350 minə yaxını qələbə uğrunda canlarından keçərək qəhrəmancasına həlak olmuşlar. Azərbaycanın üç min ildən artıq dövrü əhatə edən dövlətçilik tarixində adları fəxrlə çəkilən görkəmli şəxsiyyətləri, mərd oğulları çox olmuşdur. Sovet hakimiyyəti illərində yeridilən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində yüksək zabit, hətta general rütbəsinə yüksəlmiş, Sovet İttifaqı Qəhrəmanı adı almış Azərbaycanın qeyrətli oğulları da belə şəxsiyyətlərdəndir. Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun və digər qəhrəmanlarımızın şanlı həyat və döyüş yolu bu günkü gənc nəsil üçün parlaq bir örnəkdir. Bu görkəmli şəxsiyyətlərin bir çoxları haqqında kitablar və məqalələr, bədii əsərlər yazılmış, filmlər çəkilmişdir.
Digər çıxış edənlər də faşizm üzərində qələbədə Azərbaycanın rolunu, Azərbaycan övladlarının böyük qəhrəmanlıqlarını, Azərbaycan neftinin əhəmiyyətini xüsusi vurğulamışlar. Veteranlar adından söz alan Məsməli Musayev, Xanifə İbyatova və başqaları Pirallahı rayonunda son bir ildə görülmüş tikinti-quruculuq və abadlıq işlərindən ürək dolusu danışmış, Azərbaycan Prezidenti İlham Əliyev cənablarının veteranlara göstərdiyi qayğını yüksək dəyərləndirmiş, müharibə və əmək veteranlarının Pirallahı rayonu İcra Hakimiyyəti tərəfindən böyük diqqətlə əhatə olunduqlarını vurğulamışlar.
Görüşün sonunda Pirallahı rayonu İcra Hakimiyyəti tərəfindən Böyük vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına ərzaq bağlaması şəklində maddi yardım göstərilmişdir. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranların bağlaması onların ünvanına çatdırılmışdır.