Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunmuşdur

13 may 2014 | 10:00
   May ayının 11-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə paytaxtımızda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiyada Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisələrinin rəhbərləri və kollektiv üzvləri, YAP fəalları iştirak etdilər.
   Ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış oldular. Mərkəzin əməkdaşları iştirakçılara məlumat verərək bildirdilər ki, orjinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Mərkəz öz binasının modern üslubu ilə həmahənglik təşkil edir. Xatırladaq ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilmiş, 2013-cü il may ayının 10-da isə Heydər Əliyev Mərkəzinin rəsmi açılışı olmuşdur. Artıq müasir Bakının simvollarından birinə çevrilən Mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif unikal eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə  interaktiv formada təqdim edilir.
   Muzeydə ümummilli liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar, Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanışlıq ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
    Heydər Əliyev Mərkəzində yerləşən “Azərbaycan inciləri” muzeyinə ekskursiyadan da ziyarət iştirakçıları böyük təəssüratlarla ayrıldılar. Sonda iştirakçılara Azərbaycan xalçalarının yayılma arealı, kosmik texnologiyaların inkişaf tarixi, ölkəmizdə postmodernizm üslubunda işlənən sənət əsərləri haqqında geniş məlumat verildi və Pirallahı təmsilçiləri Mərkəzin əməkdaşları ilə xatirə şəkli çəkdirdilər.
Keçidlər