Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layiqli davamçısı

14 may 2014 | 10:00
     Pirallahı Rayon İcra Hakimiyyətinin və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Pirallahı rayonunda 11-ci sinifdə təhsil alan şagirdlərə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı silsilə tədbirlər davam etdirilir.
    05 may 2014-cü il tarixdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında “Ulu öndərin xarici siyasətdə uğurları” mövzusunda keçirilən  tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı Rayon Təşkilatının əməkdaşları, 186 №-li məktəbin tarix müəllimi Yaqub Hüseynov və 11-ci sinif şagirdləri iştirak etmişlər.
     186 №-li tam orta məktəbin tarix muəllimi Yaqub Hüseynov çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev ölkədaxili problemləri həlli üçün tətbiq etdiyi siyasi və diplomatik məharətə əsaslanan üsulları xarici siyasi fəaliyyətlə uyğunlaşdırmaqla hal-hazırda uğurla davam etdirilən “Balanslanmış xarici siyasət”in əsasını qoydu.
    Tədbirin sonunda  ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi.
      Növbəti tədbir 12 may 2014-cü il tarixdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında keçirildi. “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin memarı olduğu daxili və xarici siyasət kursunun layıqlı davamçısıdır” mövzusunda keçən açıq dərsdə  Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı Rayon Təşkilatının əməkdaşları,  243 №-li tam orta məktəbin tarix muəllimi Famil Hüseynov və 235, 243, 231, 131 №-li tam orta məktəblərin 11-ci sinif şagirdləri  iştirak etdilər.
   Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının aparatının rəhbəri Həsən Niftəliyev bildirdi ki, hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın həyati əhəmiyyətli məsələləri ilə məşğul olan bu dahi şəxs-ulu öndər Heydər Əliyev ölkədaxili siyasi vəziyyəti sabitləşdirməyə nail oldu.
     243 №-li tam orta məktəbin tarix muəllimi Famil Hüseynov bildirdi ki, ümumilli liderin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan öz inkişafının yüksək səviyyəsindədir və hazırda dünyanın 176 dövləti ilə diplomatik münasibətlərimiz vardır. Respublikamızda 81 diplomatik nümayəndəlik və konsulluq fəaliyyət göstərir. Öz növbəsində ölkəmizin dünyanın 62 ölkəzində səfirliyi, 5 baş konsulluğu və 10 daimi nümayəndəlikləri mövcuddur. Müstəqil Azərbaycan diplomatiyası bu gün durmadan öz fəallığını artırır. Azərbaycanın Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulma Təşkilatında, YUNESCO-da və dünyanın digər nüfuzlu təşkilatlarında xüsusi yeri vardır.  Çıxışın sonunda Famil Hüseynov qeyd etdi ki, ölkəmizin taleyi etibarlı əllərdədir.
     Tədbirin sonunda iştirakçılara ulu öndərin həyatından bəhs edən videoçarx nümayiş olundu və gənclərin sualları cavablandırıldı. Qeyd edək ki,  11-ci sinif şagirdləri üçün dahi şəxsiyyətin irsinin öyrənilməsi ilə bağlı açıq dərslər mayın 19-dək davam etdiriləcək.
Keçidlər