Pirallahı rayonunda iki yeni uşaq bağçası tikilir
15 may 2014 | 10:00
Vətənimizin gələcəyi olan uşaqların, körpə fidanların sağlam, firavan böyüməsi, gələcəklərinin tam təmin olunması dövlətimiz qarşısında duran prioritet məsələlərdən biridir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan olunması böyük əhəmiyyət kəsb etmişdir. 2009-cu ildə və ondan sonrakı dövrdə həmin sərəncam əsasında ölkəmizdə dövlət səviyyəsində proqramlar, layihələr hazırlanmış və uğurla həyata keçirilmişdir. Görülən genişmiqyaslı işlər ölkəmizdə ana və uşaqların sağlamlığının qorunmasına, uşaq müəssisələrinin fəaliyyətinin, eləcə də səhiyyə sisteminin maddi-texniki bazasının yaxşılaşdırılmasına, savadlı və peşəkar kadrların hazırlanmasına əlverişli şərait yaratmışdır.
Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ölkəmizdə son dövrdə ana və yeni doğulmuş uşaqlar arasında ölüm halları kəskin surətdə azalmışdır. Bütün bölgələrdə olduğu kimi, Pirallahı rayonunda da bu sahədə xeyli iş görülür, yeni layihələr reallaşdırılır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na Dövlət Proqramına əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcəkdir. Eyni zamanda “Cobanyastığı” körpələr evi - uşaq bağçası əsaslı təmiri və Gürgan qəsəbəsindəki “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulmuşdur.
Bununla yanaşı artan tələbatı və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrin inkişafı” proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanmışdır. S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadrat metr, sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edəcəkdir. Digər, 100 yerlik uşaq bağçası isə Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da iki mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur. Qeyd edək ki, uşaq bağçalarının tikintisinə may ayından başlanıb və noyabr ayına qədər istifadəyə verilməsi planlaşdırılır.