“Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu” mövzusunda növbəti açıq dərs keçirildi
20 may 2014 | 10:00
Pirallahı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının və Bakı şəhəri üzrə Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı keçirilən açıq dərslər davam etdirilir.
19 may 2014-cü il tarixdə V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin akt zalında “Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu” mövzusunda keçirilən növbəti açıq dərsdə Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Pirallahı Rayon Təşkilatının əməkdaşları, 186 №-li məktəbin tarix müəllimi Anjelika Surxayeva və 235, 243, 186 №-li tam orta məktəblərin rus bölmələrinin 11-ci sinif şagirdləri iştirak etdilər.
Tədbirdə çıxış edən YAP Pirallahı Rayon Təşkilatının aparat rəhbəri Həsən Niftəliyev bildirdi ki, ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə və ləyaqətlə xidmət etmişdir. Bütün dövrlərdə onun bir amalı var idi – Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırlmaq, ölkəmizi irəliyə aparmaq və respublikamızda davamlı inkişafı təmin edən iqtisadiyyat qurmaq. Bu gün onun ideyalarını, inkişaf siyasətini ulu öndərin layıqlı davamçısı - cənab İlham Əliyev reallaşdırır.
186 №-li tam orta məktəbin tarix muəllimi Anjelika Surxayeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam edir və onun rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır. Bu gün cənab İlham Əliyevin uğurlu islahatların nəticəsidir ki ölkəmizdə bütün sahələrdə dinamik inkişaf muşahidə olunur.
Tədbirin sonunda iştirakçılara ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirildi və gənclərin sualları cavablandırıldı.