Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi-vətənpərvərlik mövzusunda açıq dərslər davam etdirilir

22 may 2014 | 10:00
    19 may 2014-cü il tarixində Pirallahı qəsəbəsində yerləşən 168 və 243 №-li tam orta məktəblərdə Laçın rayonunun işğalının 22-ci ildönümü mövzusunda anım tədbiri və hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə əlaqədar birgə açıq dərs keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, 243 №-li və 168 №-li tam orta məktəblərin direktorları Vaqif Tanrıverdili və Şakir Mikayılov, məktəb müəllimləri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədr müavini Mübariz Xudaverdiyev, Pirallahıda məskunlaşmış Laçın sakinləri, 7-11-ci sinif şagirdləri iştirak etdilər.
    Tədbirdə çıxış edən 243 №-li tam orta məktəbin direktoru Vaqif Tanrıverdili bildirdi ki,  əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir. Azərbaycan gəncləri dövlətimizin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə inkişafında fəal iştirak edirlər.
    Tədbirdə çıxış edən Pirallahı RİH-in məsul əməkdaşı İlqam Əsgərov, 168 №-li tam orta məktəblərin direktoru Şakir Mikayılov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin sədr müavini Mübariz Xudaverdiyev, Pirallahıda məskunlaşmış Laçın sakinləri və digərləri  vurğuladılar ki, ulu öndər Heydər Əliyevin siyasətinin  layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadiyyatı və ordunu gücləndirməklə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm zəmin yaratmışdır.
  Tədbirin sonunda gənclərin sualları cavablandırıldı və Laçın şəhəri və onun işğalı haqqında videoçarx nümayiş etdirildi.
   Qeyd edək ki, Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində hərbi-vətənpərvərlik mövzusunda açıq dərslər təşkil olunur. Mayın 20-də Pirallahı qəsəbəsində yerləşən 235 №-li tam orta məktədbə və Gürgən qəsəbədə yerləşən 231 №-li tam orta məktədbə hərbi-vətənpərvərlik mövzusunda növbəti açıq dərslər keçirilmişdir. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, pedaqoqlar və N saylı hərbi hissənin nümayəndəsi Qorxmaz Mehdiyev iştirak etdilər.
Keçidlər