Pirallahıda 28 May – Respublika Gününə həsr olunmuş tədbir keçirildi
29 may 2014 | 10:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na uyğun olaraq Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. 28 May – Respublika Günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində son aylar ərzində 5000-dən çox müxtəlif ağac tingləri əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.
Rayonda Dövlət Proqramına uyğun olaraq abadlıq-quruculuq işləri dəniz sahili boyu da aparılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.
Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Xüsusi vurğulamaq istəyirik ki, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərə hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır, onlara toxunulmur. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
Mayın 27-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında 28 May – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 96 illiyi ilə əlaqədar təntənəli yığıncaq keçirildi. Tədbirə qatılan Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, digər rəsmi qonaqlar ilk öncə Azərbaycan, Cümhuriyyət və Respublika gününə həsr edilmiş kitablardan ibarət sərgi ilə tanış oldular. Dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edilən tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə əlaqədar geniş nitq söylədi. Bildirildi ki, 2013-cü il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96 illiyi tamam olur. Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimim: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaqsəhifələrindən biri kimi həmişə qalacaqdır.”
Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon ictimaiyyəti adından çıxış edən 186 N-li tam orta məktəbin təşkilati məsələlər üzrə direktor müavini Həcər Ramazanova Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçilik atributlarını qəbul etməsini, dövlət və hərbi quruculuq, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində atdığı addımların xalqımız üçün taleyüklü əhəmiyyət kəsb etdiyini, bu gün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyəri, Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən Azərbaycan dövlətinin hazırda beynəlxalq arenada nəinki öz maraqlarını, eləcə də strateji müttəfiqlərinin də maraqlarını müdafiə etmək gücündə və iqtidarında olduğunu xüsusi vurğuladılar. Sonra 28 May – Respublika Günü münasibətilə hazırlanmış konsert proqramı yığıncaq iştirakçılarının diqqətinə təqdim edildi. Bayram tədbirinə 28 May – Respublika Gününə həsr olunmuş sənədli filmin nümayişi ilə yekun vuruldu.