Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı idmançıları yeni uğurlara imza atdılar

31 may 2014 | 10:00
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev digər sahələrlə yanaşı idmanın inkişafına da böyük önəm verirdi. Ulu önrərimiz Heydər Əliyevin idmanın inkişafı strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, yeni-yeni idman obyektləri inşa olunur və istifadəyə verilir. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər.
  Respublikamızın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da  idmanın inkişaf etdirilməsi  məqsədilə mütəmadi addımlar atılmaqdadır. Xatırladaq ki, keçən il ərzində ölkə daxili yarışlarda Pirallahı idmançıları 18 qızıl, 27 gümüş və 30 bürünc medal qazanmışlar. Beynəlxalq yarışlarda idmançılarımız 5 qızıl və bir gümüş medal qazanmağa nail olublar.
   Növbəti uğura Pirallahı idmançıları 18 may 2014-cü il tarixində “Azal” Milli Aviasiya Akademiyasında keçirilən Kudo üzrə Respublika birinciliyində imza atdılar. Yeniyetmə və gənclər arasında təşkil olumuş yarışlarda müxtəlif çəki və yaş qruplarında ökəmizin ayrı-ayrı bölgələrindən 200-ə yaxın idmançı təmsil olunurdu. Bu mötəbər turnirdə Pirallahı rayonunu təmsil edən idmançılar 10 medal qazandılar ki, bunlardan da 6-sı qızıl və 4-ü bürünc əyarlıdır. Turnirin yekunlarına əsasən qaliblərə Azərbaycan Karate Federasiyası tərəfindən medal və mükafatlar təqdim olunmuşdur.
Keçidlər