Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunun ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirildi

01 iyun 2014 | 10:00
   Respublikamızın bütün guşələrində olduğu kimi Pirallahı rayonunda da tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirildi.
Artıq son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu qəm, kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından mikrofon önünə keçib çıxış edən mərasim iştirakçıları məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzuladılar.
  Rayonumuzun ümumtəhsil məktəblərində baş tutan son zəng şənliklərinin qonağı olan Pirallahı RİH Aparatının məsul əməkdaşları Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından məzunları təbrik etdilər, onlara əziz gündə səmimi və xoş arzularını çatdırdılar. Xüsusilə vurğulandı ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahəyə olduğu kimi təhsil sferasına da respublika Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim artır. Pirallahı RİH Aparatının məsul əməkdaşları məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər arzuladılar. Qeyd edək ki, 2013-2014-cü tədris ilində Pirallahı rayonunun  ümumtəhsil orta məktəbləri üzrə 165 nəfər XI sinfi bitirir, onlardan 132 nəfər Azərbaycan, 33 nəfər isə rus bölməsinin şagirdləridir.
   Rayonun qocaman təhsil ocaqlarından olan 168 nömrəli tam orta məktəbdə son zəng mərasimi maraqlı və yaddaqalan keçdi. Tədbirdə məktəbin direktoru Şakir Mikayılov çıxış edərək 48 nəfər məzunun həyata vəsiqə alacağını dedi. Bildirdi ki, təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, məktəb islahatının vüsət alması uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır. Direktor sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu çətin və şərəfli yolda böyük uğurlar arzuladı. Şakir Mikayılov təhsildə, idmanda və müxtəlif tədbirlərdə fərqlənən müəllim və şagirdləri Fəxri fərman və diplomlarla təltif etdi.
   Sonra söz Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı İlqam Əsgərova verildi. O, tədbir iştirakçılarına, xüsusilə məzunlara əlamətdar gün münasibətilə RİH Başçısı Vasif İmanovun təbriklərini çatdırdı, ölkədə və gündən-günə abadlaşan Pirallahıda gedən quruculuq işlərini, yeni-yeni məktəb binalarının, uşaq bağçalarının inşa olunmasını və onların hər cür avadanlıqla təmin edilməsini möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qayğısı kimi dəyərləndirdi.
  Milli Qəhrəman Yavər Əliyev adına 235 nömrəli tam orta məktəbin həyəti də “Son zəng” günü bayramsayağı bəzədilmişdi. Mərasim iştirakçıları qarşısında çıxış edən məktəbin direktoru Rüstəm Yaqubov ilk öncə əlamətdar hadisə münasibətilə məktəbə gəlmiş rəsmi qonaqları, məzunları və valideynləri ürəkdən salamladı. Sonra qeyd etdi ki, bu il məktəbin Azərbaycan və rus bölmələrində iki 11-ci sinfi 31 məzun başa vurur. Belə bir inam ifadə olundu ki, həmişə olduğu kimi bu il də məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər. Sonra məktəblilər qarşısında çıxış edən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Anar Babayev ölkədə təhsilə qayğının ildən-ilə gücləndiyini, bunun sayəsində müasir və yaraşıqlı məktəb binalarının inşa olunduğunu, tədrisin dünya standartlarına cavab verdiyini vurğuladı. Pirallahı rayonunda da bu sahəyə xüsusi önəm verildiyini, nəticədə şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığını faktların dili ilə dinləyicilərə çatdırdı, bir daha məzunlarımıza çətin sınaq yolunda uğurlar arzuladı.
  Gürgan qəsəbəsində yerləşən 231 №-li tam orta məktəbin son zəng tədbirində çıxış edən məktəbin direktoru Mehparə Mansırova təhsil ili boyu qazanılan uğurlardan danışdı, onbirincilərə həyatda nailiyyətlər arzuladı. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Namiq Hüseynov məktəbin məzunlarını ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzuladı. Sonra söz musiqiyə, nəğməyə verildi. Gül-çiçək yağışına bələnmiş məktəbin geniş həyətində şənlik xeyli davam etdi.
  Müstəqil Azərbaycanın gələcəyini yaradan gənclərin “Son zəng” bayramı tədbirlərindən biri də rayonun qabaqcıl təhsil ocaqlarından sayılan 186 nömrəli tam orta məktəbdə oldu. Təntənəli marşın sədaları altında öz yerlərinə üz tutan onbirincilər sevincli və həyəcanlı görünürdülər. Məzunları ilk öncə məktəbin direktoru Arif Xankişiyev təbrik etdi və onlara qarşıdan gələn buraxılış və ali məktəblərə qəbul imtahanlarında uğurlar dilədi, xoşbəxt həyat arzuladı. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından məktəb kollektivini, şagirdləri və valideynləri təbrik edən QMKİDK-nın sektor müdiri İlqar Məmmədli Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan dövlətinin məzunlar qarşısında geniş üfüqlər açdığını vurğuladı, onbirincilərə müstəqil həyat yolunda uğurlar arzuladı, gənclərin göstərilən qayğıya vətənə sədaqət nümayiş etdirməklə cavab verəcəklərinə inam ifadə etdi. 
  Pirallahı qəsəbəsindəki 243 №-li tam orta məktəbdə də “Son zəng” bayramı təşkil olunmuşdu. Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından məktəbliləri təbrik edən Aparatın məsul əməkdaşı İlqam Əsgərov ümummilli lider Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanın gələcəyini yaradan gənclərin sırasında bu günki 14 nəfər məzunun da olacağını vurğuladı. Məktəbin direktoru Vaqif Tanrıverdili son illərdə təhsilin keyfiyyətində qazanılan nailiyyətlərdən, 243 №-li tam orta məktəbin əldə etdiyi uğurlardan fəxrlə söz açdı. “Biz məktəbimizin adına layiq olacağıq” – deyən məzunların inamlı çıxışları, mənalı ürək sözləri bu gənclərin vətənin layiqli övladları olacağına inamı daha da artırdı. Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Musiqili-nəğməli son zəng mərasimi təəssüratlarla dolu bir şəraitdə xeyli davam etdi.
    Çilov adasında yerləşən Milli Qəhrəman Rasim İbrahimov adına 131 №-li tam orta məktəbdə də son zəng tədbiri keçirildi.
Keçidlər