Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi

02 iyun 2014 | 10:00
   31.05.2014-cü il tarixdə Pirallahı RİH-nin və V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin böyük akt zalında  1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşları, “Cobanyastığı”, "Cırtdan" və "Bulaq" uşaq baxçalarının kollektivi və körpələr iştirak etdilər.
   Tədbir iştirakçılarını və qonaqları salamlayan V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşı Günay Əliyeva bayram münasibətilə körpə fidanları, bütün tədbir iştirakçılarını təbrik etdi və gələcəyimiz olan uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə yaradılan əlverişli şəraitdən danışdı, respublika Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğısının daim artdığını vurğuladı.
  Balacaların nümayiş etdirdiyi şeir və digər səhnəciklər, müxtəlif mahnı və rəqs nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılandı və alqışlandı. Uşaqlar uçun boyük ekranda cizgi filmi numayiş etdirildi. Tədbir bütün iştirakçıların ifasında möhtəşəm “Yallı” rəqsi ilə başa çatdı.
Keçidlər