Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda abadlıq işləri davam etdirilir

18 iyun 2014 | 10:00
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən regionlarla yanaşı, Bakı şəhəri və ətraf qəsəbələrin də inkişafına göstərilən diqqətin və qayğının nəticəsidir ki, Bakının bütün qəsəbələrində abadlıq və quruculuq işləri aparılır. Dövlət proqramına uyğun olaraq sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün bütün lazımi addımlar atılır . Ölkə başçısının "2014-2016-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı paytaxt və ətraf qəsəbələrin sürətli inkişafına böyük təkan vermişdir.
  Bakının bütün qəsəbələrində olduğu kimi, Pirallahı qəsəbəsində də abadlıq-quruculuq işləri davam edir. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən görülən çoxşaxəli işlərdən biri də K.Rzayev küçəsində  «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində bu məhəllənin abadlaşdırılması istiqamətində aparılan işlərdir. Məhəllədə artıq daxili su, kanalizasiya və qaz xəttləri tamamilə yenilənib, yolların, səkilərin və yaşıllıqların kənarına səki daşları düzüləndən sonra asfalt döşənməsi işlərinə başlanıb. Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun qeyd etdiyi kimi, yaxın gələcəkdə Pirallahı qəsəbəsində bütün məhəllələr bu layihə çərçivəsində abadlaşdırılacaqdır.
 "Bakıelektrikşəbəkə" ASC-nin müvafiq qurumu üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və mart ayından həmin ərazidə birmərtəbəli inzibati binanın tikintisi aparılır. Geyd edək ki, binanın sahəsi 400 kvadrat metr, hündürlüyü isə 5 metr təşkil edəcək.
Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının tikintisi davam edir. Artıq binanın fasad hissəsinə üzlük daşlar vurulur. Burada işlər qrafik üzrə davam etdirilir.
Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir və burada betonlama işləri aparılır. Xatırladaq ki, İnzibati bina 4 mərtəbədən ibarət olacaq,  klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir.
 Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində ayrılan 2 hektar torpaq sahəsində Günəş elektrik stansiyasının ( 2.8 meqavat gücündə) inşası davam edilir.
  Pirallahı qəsəbəsində  S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının (YAP) Rayon Təşkilatı üçün yeni inzibati binanın inşasına may ayından başlanılmışdır. Geyd edək ki, ümumi sahəsi  3000 kvadrat metr təşkil edən və müasir arxitektura üslubunda tikilən  ikimərtəbəli binada 8 otaq, iclas zalı, geniş foye və digər xidməti otaqlar olacaqdır. Yeni binanın 2015-ci ilin iyun  ayınadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
  Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, aşırım tirlərinin qurulmasına başlanmışdır. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı magistral avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam etdirilir. Yol boyu yaşıllıq zolaqları salınır.
Keçidlər