“Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü”nə həsr olunmuş tədbir keçirildi
21 iyun 2014 | 10:00
Pirallahı rayonunda narkomanıya qarşı mübarizə proqramı çərçivəsində silsilə tədbirlər davam etdirilir. Növbəti tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 iyun 2014-cü il tarixdə V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının nümayəndəsi, Pirallahı rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların təmsilçiləri, məktəblərin müəllim heyəti, gənc nəslin nümayəndələri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi Namiq Hüseynov tədbiri açıq elan edərək, bildirdi ki, günümüzün ən böyük problemlərindən olan narkomaniya bəlası ilə hər bir vətəndaşımız qarşılaşa bilər və bu bəladan heç kəs sığortalanmayıb. Problemin həllində cəmiyyətin bütün təbəqələri, kimliyindən asılı olmayaraq hər bir vətəndaş xüsusi fəallıq göstərməlidir.
Pirallahı rayon 168 №-li tam orta məktəbin direktoru Şakir Mikayılov çıxışında qeyd etdi ki, narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir: “Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotik alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir.
10 saylı xəstəxananın baş həkiminin müavini Kəmalə Mustafayeva çıxışında narkomanlıqla mübarizənin hər bir vətəndaşın vəzifəsi olduğunu və elə bu səbəbdən də Azərbaycan Respublikasının bütün aidiyyəti dövlət orqanalarının narkomanlıqla ciddi şəkildə mübarizə apardıqlarını xatırlatdı. Bildirdi ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə vasitələr ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır.
Çıxışların sonunda suallar cavablandırıldı və mövzuya aid videoçarx nümayiş olundu.