Pirallahı rayonunda N saylı hərbi hissədə Silahlı Qüvvələr Gününə həsr edilmiş bayram tədbiri keçirildi
26 iyun 2014 | 10:00
Bu günlərdə Pirallahı rayonunda 26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş silsilə bayram tədbirləri keçirilir. Növbəti tədbir iyunun 25-də Pirallahı rayonu ərazisində dislokasiya olunmuş N saylı hərbi hissədə təşkil olundu. Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikası himninin sədaları altında açıq elan edildi. Tədbirdə iştirak edən RİH aparatının əməkdaşları Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini hərbi hissənin zabit və əsgər heyətinə çatdırdılar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şanlı tarixindən söz açan natiqlər Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğuladılar, növbəti bayram tədbirlərini Qarabağda, Şuşada keçirməsini arzuladılar.
Hərbi hissənin sözlü-nəğməli qonaqlarına “Xoş gəlmişsiniz!” deyən hərbi hissənin komandiri, mayor Yusif Ələsgərov ölkənin Silahlı Qüvvələrinə göstərilən qayğıya görə Prezident - Ali Baş Komandan İlham Əliyevə zabit, gizir və sıravi əsgərlərin minnətdarlığını çatdırdı. Hərbi xidmətdə olan, vətən qarşısında borcunu yerinə yetirən insanları diqqətdən kənarda qoymadıqları üçün Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanova hərbçilərin dərin təşəkkürlərini ifadə edən hərbi hissənin kamandiri təcavüzkarı işğal olunmuş ərazilərimizdən qovmaq üçün hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını bildirdi.
Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblı, “Cırtdan”, “Bulaq” körpələr evi - uşaq bağçalarının yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər. Gənc müğənnilər Cəmalə Qambayeva, Sədaqət Əsgərova, Cəlil Əhmədov, Gülzar Baxışəliyevanın ifasında xalq və bəstəkar mahnıları, bağça yetirmələrinin vətənə və orduya həsr olunmuş şeir kompozisiyası və başqa nömrələr alqışlarla qarşılandı. Musiqi nömrələrindən böyük zövq alan əsgərlər incəsənət ustaları ilə birgə rəqsə qoşuldular. Səhərdən başlayan bayram konserti günortadan xeyli keçənədək davam etdi.
Sonda hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından yaddaqalan bir bayram tədbiri təşkil etdiyinə görə Pirallahı Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.