Pirallahı rayonunda Polis Günü qeyd edildi
02 iyul 2014 | 10:00
Bu il Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü qeyd olunur. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb.
Ulu öndər Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayonunda da RİH-nin tərəfindən V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin nümayəndələri, DİN Pirallahı Rayon şöbəsinin əməkdaşları, Pirallahı rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov DİN əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçib. Ümummilli lider, ulu öndər Heydər Əliyevin Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışdı və bildirdi ki bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis işçilərinə diqqətlə və qayğıkeşliklə yanaşır.
Təşkil olunan mərasimdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev rayonda asayişin qorunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, son 6 ay ərzində Pirallahı rayonunda baş vermiş 23 cinayət faktın 100 faizinin üstü açılıb. Vurğuladı ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün yaxşılaşır.
Tədbirin sonunda ictimai asayişin təmin olunması, həmçinin cinayətkarlıqla mübarizədə xüsüsi fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.