Şriftin ölçüsü :

Saytın rəngi :

Xidmətdə fərqlənən hərbçilər mükafatlandırıldı

03 iyul 2014 | 10:00
  Azərbaycan Respublikası vətəndaşlarının iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması münasibətilə Pirallahı rayonunda yerləşən N saylı hərbi hissədə tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Pirallahı Rayon Şöbəsinin təmsilçiləri, hərbi hissənin zabit, gizir və sıravi əsgərləri iştirak etdilər.
  N saylı hərbi hissənin komandiri Elçin Kərimov məruzə ilə çıxış edərək Respublikamızın silahlı qüvvələrinin artan qüdrətindən, əsgərlərin döyüş hazırlığından söhbət açdı. Orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirdi.
  Pirallahı RİH-nin əməkdaşı Namiq Hüseynov qeyd etdi ki, güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır. O, zabit, gizir, sıravi əsgərlərə doğma vətənə şərəfli  xidmətlərində uğurlar arzuladı.
  Tədbirdə Qarabağ müharibəsi veteranları- 1-ci qrup əlil Nadir Mahmudov, 2-ci qrup əlil  Mübariz Xudaverdiyev çıxış edərək hərbi xidmətini uğurla başa vuran, həmçinin hərbi xidmətə yeni başlayan gənclərə uğurlar arzuladılar.
  Xidmətdə fərqlənən hərbçilərə və hərbi xidmətini başa vuran bir qrup hərbi qulluqçuya mükafatlar təqdim olundu.
Keçidlər