“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirildi
04 iyul 2014 | 10:00
İyul ayının 3-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə Pirallahı Rayon İcra Hakimiyyətində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə təşkil etdi. Tədbirdə RİH-nin, Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin, Rayon Təxirəsalınmaz Təcili tibbi Yardım Stansiyasının, Rayon Polis İdarəsinin əməkdaşları və Pirallahı rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Müşavirəni Pirallahı RİH-nin başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Cəlil Mirzəyev giriş sözü ilə açaraq, keçirilən müşavirələrin əhəmiyyətindən danışdı. Bildirdi ki, dəniz akfatoriyasında mütəmadi təmizləmə və sahilbərkitmə işləri aparılır.
Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi – idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunmasında Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyəti” mövzusunda çıxış etdi. Vurğuladı ki, qeyri qanuni çimərliklərdə, nəzərətsiz zonalarda insanların suya girməsi narahatçılıq doğuran məsələlərdəndir:”Dövlət Sularda Xilasetmə xidməti təhlükəsizlik istiqamətində öz işini səmərəli təşkil edir. Xidmət tərəfindən çimərliklərdə ciddi nəzarət tədbirləri həyata keçirilir. Bu tədbirlər insanların rahatlığı və təhlükəsiziliyi ilə bağlıdır”.
Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşı Vaqif Pişiyari müvafiq olaraq “Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları”, “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri: yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları” mövzularında çıxış edərək müşavirə iştirakçılarına zəruri nəzəri məlumatları çatdırdı.
Çıxış edən natiqlər Pirallahı Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görməsindən, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi məsələsinin birinci və əsas faktor olduğundan danışdılar.
Yay mövsümü ərzində əhalinin mənalı istirahətinin təşkili məqsədi ilə çimərlik sahələrində müvafiq işlərin görülməsi, çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi və çimərliklərdə dəniz suyunun təmizlik vəziyyətinin daim nəzarətdə saxlanılması bir daha vurğulandı.
Tədbirin sonunda “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda qisametrajlı film təqdim edildi.