Pirallahı qəsəbəsinin Baş planının ilkin müzakirəsi aparıldı
05 iyul 2014 | 10:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının imzaladığı Sərəncamla Bakı şəhəri inzibati ərazi vahidi tərkibində yeni yaradılan Pirallahı rayonunda planlı şəkildə işlərin aparılması üçün rayonun Baş planın hazırlanması istiqamətində artıq bir müddətdir ki, işlər görülməkdədir.
Rayonun Baş Planının tərkib hissəsi olan Pirallahı qəsəbəsinin Baş planının hazırlanması ilə bağlı işlər artıq başa çatdırılmaq üzrədir. Ötən gün Rayon İcra Hakimiyyətində ilkin müzakirəsi keçirilən Baş plan Pirallahı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və sifarişi ilə Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.
Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun iştirakı ilə keçirilən müzakirələrdə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürüldü. Bu təkliflərdə alternativ yolların çəkilməsi və küçələrin genişlənməsi, o cümlədən daxili magistal yolun çəkilməsi, yerüstü və yeraltı keçidlərin inşa edilməsi, yaşayış massivləri salınması, istirahət və əyləncə komplekslərinin tikintisi, su, kanalizasiya, elektrik, qaz xəttlərin baş planla uyğunlaşması və digər məsələlər əksini tapdı.