Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov vətəndaşlarla növbəti səyyar görüş keçirdi

17 iyul 2014 | 10:00
  16 iyul 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyəti Başçısının vətəndaşlarla növbəti səyyar görüşü keçirildi. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, hüquq-mühafizə orqanlarının, eləcə də rayonun aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Pirallahı qəsəbəsi ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etdilər.
  Rayonun ən nümunəvi məhəllələrindən biri olan 29-cu məhəllədə baş tutan səmimi görüşə göstərdikləri diqqətə görə İcra Hakimiyyətinin başçısı Vasif İmanov qəsəbə sakinlərinə minnətdarlığını bildirdi və respublikamızın bugünkü hərtərəfli inkişafı barədə danışdı. Qeyd edildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgədə olduğu kimi, rayonumuzda da tikinti-abadlıq işləri geniş vüsət almışdır, durmadan yeni yollar çəkilir, təhsil və səhiyyə müəssisələri əsaslı təmir olunur, uşaq bağçaları tikilir, önəmli sosial layihələr həyata keçirilir. Özəl sahəyə xüsusi diqqət yetirilir ki, bunun da nəticəsində sahibkarlığın inkişafı dəstəklənir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Görülən bütün bu işlər,  bu inkişaf, həyata keçirilən tədbirlər sonda yalnız bir amala xidmət edir ki, bu da əhalimizin yaxşı yaşaması, firavan həyat sürməsi, insanlarımızın fəaliyyəti üçün  iş yerlərinin yaradılması və onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasıdır. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada əhalinin güzəranının yaxşılaşmasına xidmət edən mühüm layihələr həyata keçirilməsin, - deyən Vasif İmanov Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində də ötən dövrdə bir çox quruculuq  işləri aparıldığını qeyd edərək bildirdi ki, ölkəmizin bütün güşələrində olduğu kimi, əhalinin tələbatı nəzərə alınaraq Pirallahı qəsəbəsində  iki yeni uşaq bağçası tikilir, qaz, elektrik və su təsərrüfatında yenidənqurma işləri aparılır və yeni infrastruktur layihələri həyata keçirilir.
   Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qəsəbə sakinlərinin təklif və problemlərini dinlədi, qaldırılan məsələlərin həll olunması məqsədi ilə aidiyyətı təşkilatlara tövsiyə və tapşırıqlarını verdi.
   Qəsəbə sakinlərindən Səməd Əhmədov, Fazil Məhəmmədov,  Vəsilə Əzizova, Turalə Vəliyeva, Aslan Əmrahov  və başqaları çıxış edərək ölkə Prezidenti, möhtərəm cənab İlham Əliyev tərəfindən Pirallahı rayonuna göstərilən diqqət və qayğını yüksək qiymətləndirmiş, həyata keçirilən abadlıq və quruculuq işlərinə görə dövlətimizin başçısına öz dərin minnətdarlıqlarını bildirmişlər.
Keçidlər