Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında İlk həmkarlar ittifaqı təşkilatının təsis yığıncağı keçirildi

24 iyul 2014 | 10:00
  Bakı şəhərinin yeni yaranmış Pirallahı rayonunda sosial-iqtisadi inkişaf prosesləri ilə bərabər ictimai-siyasi həyatın canlanmasına, partiya quruculuğu məsələlərinə də ciddi diqqət yetirilir. Sıralarında 3300 nəfərdən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı cəmiyyətin aparıcı siyasi qüvvəsi kimi rayonun hərtərəfli inkişafı məqsədilə səylərini get-gedə artırır. 2014-cü il 22 iyul tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı kollektivinin təşəbbüsü ilə YAP Pirallahı rayon təşkilatında İlk həmkarlar ittifaqı təşkilatının təsis yığıncağı keçirildi. Yığıncaqda YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov, Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının və YAP Pirallahı rayon təşkilatının əməkdaşları, RİHB-nın qəsəbələr üzrə nümayəndələri iştirak etdilər.
  Tədbiri YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov açıq elan edərək, rayonda gedən abadlıq-quruculuq işlərindən, sakinlərin sosial-rifah halının gücləndirilməsi məqsədilə həyata keçirilən layihələrdən danışdı, eyni zamanda partiyanın Pirallahı rayon təşkilatında İlk həmkarlar ittifaqı komitəsinin yaradılmasının zəruriliyini vurğuladı. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Samir Hüseynov öz çıxışında bildirdi ki, bu gün xalqın sosial rifahının yaxşılaşmasını özünün başlıca vəzifəsi hesab edən həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarındandır və bu təşkilat olmadan yeni şəraitdə sosial-əmək münasibətlərinin nizamlanması qeyri-mümkündür. Həmkarlar ittifaqları iqtisadiyyatın inkişafı üçün işçilərin qanuni hüquqlarının müdafiəsinə yardım göstərir, demokratik dəyərlərin inkişaf etdirilməsində mühüm rol oynayır, qloballaşmanın dərinləşməsi şəraitində dünya həmkarlar ittifaqları ilə münasibətlərini genişləndirir, cəmiyyətdə sosial dialoqun, multikulturalizmin, tolerantlığın bərqərar olunması istiqamətlərində səylərini əsirgəmirlər.
  Çıxışlardan sonra Təsis konfransının gündəliyi təsdiq edildi və gündəlik üzrə məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq həmkarlar ittifaqı təşkilatının işçi orqanları - Komitə və Təftiş komissiyasının tərkibi seçildi. Sədr vəzifəsinə Rəcəb Baxşıyevin və sədrin müavini vəzifəsinə isə Aysel Qəriblinin namizədlikləri irəli sürüldü və yekdilliklə dəstəkləndi.
  Yekunda Konfrans iştirakçıları tərəfindən komitənin ilk həmkarlar ittifaqı təşkilatı statusunda, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinə qəbul edilməsi barədə müraciət qəbul olundu.
Keçidlər