Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Pirallahı rayonunda da yaz mövsümü ilə əlaqədar iməcilik keçirilmişdir

21 may 2022 | 12:59

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra rayonda geniş quruculuq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən rayonunun bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı.

     Rayonun ətraf mühitinin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən biridir. İnsanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası rayonda daim diqqət mərkəzində saxlanmışdır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq  ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır.

     21 may 2022-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü  ilə paytaxtımızın bütün rayonlarında olduğu kimi Pirallahıda da yaz mövsümü ilə əlaqədar iməcilik keçirildi. Səhər saatlarından etibarən rayonun kommunal xidmətləri, idarə, müəssisələri tərəfindən operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıldı. Aksiya zamanı küçələr, səki kənarları, bordurlar, işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər, dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyularaq təmizlənərək, həyət və məhəllələrdə abadlıq işləri həyata keçirildi. Eyni zamanda Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən koronovirus infeksiyasının rayon ərazisində yayılmasının qarşısını alınması məqsədi ilə yollar dezinfeksiya məhlulları ilə yuyuldu.

     Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Keçidlər